vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MƏHKƏMƏ, İSTİNTAQ  
16:27 | 10 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2873 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Praqa-AST»ni də itirdi

Telman İsmayılovun daha bir şirkəti bankrot oldu

MÖVZU İLƏ ƏLAQƏLİ

Moskva Arbitraj Məhkəməsi oktyabrın 11-də azərbaycanlı biznesmen Telman İsmayılova məxsus OOO «Praqa-AST» qrupunu bankrot elan edib.

Biznesmenə məxsus AST qrupuna daxil olan bu quruma Moskvadakı «Praqa» restoranı daxildir.

Onun banka 20 milyard rubladək kredit borcu var idi.

Telman İsmayılov 1956-cı ildə Bakıda anadan olub. Rusiyada «AST» Şirkətlər Qrupunu yaradıb. O, Türkiyənin Antalya şəhərində beş ulduzlu «Mardan Palace» otelini və İsrailin Akko şəhərində atasının adına sinaqoq tikdirib.

Biznesmen artıq «Mardan Palace» otelini satıb.

«Praqa» restoranının satışa çıxarılması isə onun əlində qalan sonuncu əmlak hesab olunur.

Moskvadakı keçmiş «Çerkizov» bazarının sahibi Telman İsmayılov milyarder idi.