vaxtlı-vaxtında oxuyun! Şənbə, 16 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0032 AZN
Rusiya rublu 1 RUB = 0.0289 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2846 AZN
Türk lirəsi 1 TRY = 0.4379 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
MƏHKƏMƏ, İSTİNTAQ  
22:04 | 14 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 243 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Russo 9-cu hədəf olub

Telman İsmayılov məşhur müğənnini öldürmək istəyirmiş?

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmiş azərbaycanlı iş adamı Telman İsmayılov barədə sensasion iddia açıqlanıb.

Virtualaz.org «Mash» telegram-kanalına istinadən xəbər verir ki, istintaqın əlində olan materiallara görə, Telman İsmayılov Rusiya Dövlət Bədən Tərbiyəsi Universitetinin prorektoru Mixail Bodinin qətlə yetirilməsində şübhəli bilinir.

Belə ki, həmin ali məktəb azərbaycanlı iş adamının rəhbəri olduğu «Çerkizovo» bazarının yaxınlığında yerləşirmiş. 1996-cı ildə Telman İsmayılov universitetin ərazisinin bir hissəsini ələ keçirmək istəyib, lakin Bodin bunun qəti əleyhinə çıxıb. Elə həmin vaxt daha bir prinsipial fiqur – bu qərarı çıxarmalı olan qadın – torpaq departamentinin məmuru qətlə yetirilir.

Telman İsmayılov 8 nəfərin qətlində ittiham olunsa da, bu rəqəm 9-a da yüksələ bilərdi. Doqquzuncu qətlə namizəd isə müğənni Avraam Russo olub. Telman İsmayılov müğənniyə prodüserlik edib. Mənbə bildirir ki, sonralar T.İsmayılov müğənninin korporativ məclislərdən qazandığı pulları prodüserindən gizlətdiyini öyrənib və onu aradan götürməyi əmr edib. Bu planın həyata keçməsinə isə killerlərin zərərli adətləri mane olub – kokainin artıq dozasından özünə gələ bilməyən qatil atəş açarkən səhvə yol verib.

Xatırladaq ki, bu gün axtarışda olan Telman İsmayılovun Türkiyədən Fransaya qaçması barədə məlumatlar yayılıb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *