vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
OLAY  
11:29 | 28 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2729 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Telmana demişdim, bu bazarı bağla...»

Lujkov: «Telmana demişdim, bu bazarı bağla...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Moskvanın keçmiş meri Yuri Lujkov sifarişli qətllərə görə barəsində beynəlxalq axtarış elan edilən və qiyabi həbs qətimkan tədbiri seçilən azərbaycanlı keçmiş milyarder-oliqarx Telman İsmayılovu hələ də dostu saydığını deyir. Virtualaz.org xəbər verir ki, Lujkov bu barədə «İzvestiya» nəşrinə danışıb.

Keçmiş mer deyib ki, T.İsmayılovun bu günə düşməsinin əsas baiskarı «Çerkizovsk» bazarı oldu. «Bu bazarı mən özüm də xoşlamırdım. Telmana dedim ki, bazar dəhşətlidir, onu bağlamaq lazımdır, lakin bazarı bağlamağa imkan vermədilər. Dedilər bu sənin işin deyil», - Lujkov bildirib.

Lujkovun sözlərinə görə, o, T.İsmayılova dəfələrlə deyib ki, «Çerkizovsk» bazarının gələcəyi yoxdur. Əgər o, Moskvada qalıb işləmək istəyirsə bu bazarı bağlayıb sivil ticarət formasına keçmək lazımdır. «Təəsüf ki, o məni eşitmədi», - keçmiş mer deyib.

Keçmiş mer deyib ki, Telman İsmayılov vaxtilə çox xeyirxah işlər görüb, çətin dövrlərdə Rusiya mədəniyyətinə dəstək verib.

T.İsmayılovun hazırda Fransada gizləndiyi təxmin edilir.