
Avropada yayılan yeni virus – çikunqunya
Fransa və Almaniyada Asiya pələng ağcaqanadı təhlükəsi
Fransa və Almaniyada Asiya pələng ağcaqanadı təhlükəsi
Minlərlə “Mercedes-Benz” geri çağırıldı
Fransa bələdiyyələrində əməkhaqqı üsyanı
Marsel hava limanı bağlanıb, qatarların hərəkəti dayandırılıb
Fransa müxalifətinin lideri siyasi qadağa qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət edir
Makron cütlüyü arasında daha bir böhran, arvadı ərinə məhəl qoymadı
5 günlük müharibədən sonra “Rafale” təyyarələrinə qarşı təbliğat genişlənib
Evi basılan yaşlı türk qadını yerlə sürüdülər, gənc qızı isə hovuzda ölümünə döydülər
Avropa şəhərində 26 cərimə yazılarkən 4 avtomobilin hərəkəti qadağan edildi
Fransa yeni qızmar isti dalğasına hazırlaşır
Fransada müsəlmanlara qarşı hücumlar artmaqdadır
Fransada türklərin antik əşyalarını toplanılır
Qadağa qaldırıldı, Sena çayı ictimaiyyətə açıldı
Fransa polisinin miqrantlara müdaxilə taktikası – şişmə qayıqlar bıçaqla deşiləcək
İranda həbs olunan iki Fransa vətəndaşına hökm oxunub
Fransada ölümlə nəticələnən yol qəzalarına səbəb olanlara ağır cəza
Bu günlərdə Fransanın Nitse şəhərində həbs olunan və daha sonra 5 milyon dollar girov qarşılığında polis nəzarətinə buraxılan rusiyalı oliqarx-milyarder, Dağıstandan olan senator Süleyman Kərimovu fransız xüsusi xidmət orqanlarına azərbaycanlı müflis oliqarx Telman İsmayılov sata bilər. Virtualaz.org xəbər verir ki, belə ehtimal hazırda Rusiya mətbuatında müzakirə olunur.
Məsələ burasındadır ki, sifarişli qətllərdə və bir sıra digər ağır cinayətlərdə ittiham olunaraq barəsində beynəlxalq axtarış qərarı çıxarılmış Telman İsmayılovun hazırda Fransada olduğu bildirilir. Rusiya mətbuatında yayılan xəbərlərə görə o, Provans əyalətinin Antib kommunasında «gözdən itib». Habelə T.İsmayılov Fransadan siyasi sığınacaq istəyərək əlində Rusiya hakim elitasına, güc strukturlarına qarşı ciddi kompromatların olduğunu, siyasi mühacir statusunun əvəzində bu kompromatları təqdim edəcəyini çatdırıb.
T.İsmayılovun vəkili onun Fransadan siyasi sığınacaq istədiyini təkzib edib. Lakin T.İsmayılovun xasiyyətinə bələd olanlar deyirlər ki, o belə addım ata bilər və Rusiya hakimiyyətinə qarşı qisas planı olmamış deyil. Çünki T.İsmayılovun əlindəki kompromatlar Avropa İttifaqı və ABŞ hüquq-mühafizə orqanları üçün olduqca qiymətli ola bilər. Xüsusən də ABŞ Konqresinin Rusiyaya qarşı bu ilin yayında qəbul etdiyi və gələn ilin fevralından qüvvəyə minəcək misli görünməmiş sanksiyalar nəzərə alınmaqla. Həmin paketdə Kremlə yaxın oliqarxlara fərdi sanksiyalar da nəzərdə tutulur.
Maraqlıdır ki, T.İsmayılovun Fransada gizləndiyi haqda xəbərlərin yayılmasından az sonra onun çoxdankı tanışı Süleyman Kərimov Nitse aeroportunda şəxsi təyyarəsinin trapından enən kimi saxlanılıb. Xəbər verildiyi kimi Kərimov Lacivərdi sahillərdə, o cümlədən Antib kommunasında vasitəçilərin və offşor şirkətlərin adına bir neçə malikanə alarkən on milyonlarla dollar vergidən yayınmaqda şübhəli bilinir.
Fransa məhkəməsinin Süleyman Kərimovun girov qarşılığında buraxılması haqda qərarına əsasən o, həmin ölkəni tərk edə bilməz. Həftədə bir neçə dəfə polis bölməsində qeydiyyatdan keçməlidir və «bir sıra şəxslərlə» təmaslara girməməlidir. Bunlar hansı şəxslərdir, Nitsa prokuroru açıqlamayıb. Və Kərimovun həbsi ətrafında intriqalar daha da dərinləşib.
T.İsmayılovla S.Kərimovun maraqları sonuncu dəfə Mahaçqala imanının özəlləşdiirlməsi məsələsində toqquşub. Rusiya hökuməti bir neçə il dağıstanlı klanların nəzarətində olan əvvəl bu limanı özəlləşdirməyə cəhd edib. Aktivə Süleyman Kərimovun «Nafta-moskva» şirkəti, Ziyauddin Maqomedovun «Summa» qrupu və Türkiyənin «Yilport Holding» şirkəti iddia edib. Sonuncu şirkətin Telman İsmayılova bağlı olduğu bildirilirdi. Bəzi məlumatlara görə Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipov limanın Kərimova satılmasını istəyib, digər məlumata görə isə Telman İsmayılovun tərəfini tutub. Abdulatipovun Dağıstan rəhbəri əzifəsindən uzaqlaşdırılmasından sonra limanın özəlləşdirilməsi də təxirə düşüb.
İndi ehtimal edilir ki, S.Kərimovun Fransada həbs edilməsində T.İsmayılovun hansısa rolu ola bilər. Lakin hələlik bu versiyanı təsdiqləyəcək hansısa məlumat, dəlil yoxdur. Bununla belə Rusiyada hakimiyyət və ona yaxın oliqarxlar bərk narahatdır. Birincisi, S.Kərimovun həbsi digər rusiyalı oliqarxların da Avropaya yolunu faktiki olaraq bağlayır. Onların Avropadakı aktivləri, hansı ki, bunlar əsasən offşorlarda qeydiyyatdan keçib, təhlükə altındadır və özləri də Avropa paytaxtlarına ayaq basanda qollarının qandallanmayacağına təminatları yoxdur. Vəziyyət ABŞ-ın sanksiyalarının gələn ilin fevralından qüvvəyə minməsi ilə oliqarxlar üçün daha da dözülməz xarakter ala bilər.