vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
17:56 | 18 mart 2018 | Bazar Məqaləyə 2979 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Telman İsmayılov razılaşmadı»

«Hoteli tam satmaq istəmir, amma işlətməyə də pulu yoxdur»

MÖVZU İLƏ ƏLAQƏLİ

Hazırda axtarışda olan keçmiş azərbaycanlı milyarder-oliqarx Telman İsmayılovun Antalyadakı «Mardan Palace» hotelinin nümayəndəsi obyektin «Rixos Group»a satılacağı haqda xəbərləri «şayiə» adlandırıb. Virtualaz.org xəbər verir ki, mənbə bu haqda TourDom.ru portalına bildirib.

Telman İsmayılovun hotelinin «Rixos Group»un sahibi olan türkiyəli iş adamı, əvvəllər Fətullah Gülən camaatına mənsub olmuş Fəttah Temincəyə satılması üçün danışıqlar getdiyi barədə bundan əvvəl Türkiyə mənbələri xəbər yaymışdı. Bildirilirdi ki, danışıqların nəticələri gələn həftə açıqlana bilər.

Mənbə deyib ki, «Rixos Group»un «Mardan Palace» hotelinə maraq göstərməsi doğrudur, amma bunlar hələ söz-söhbət səviyyəsindədir. Və sövdələşmənin baş tutması ehtimalı azdır. «Rixos şəbəkəsi hazırda çətin ki, «Mardan Palace» hotelini almaq üçün lazım olan vəsaiti tapa. Şəbəkənin müxtəlif ölkələrdə tikintisi davam edən hotelləri var, onlar yarımçıqdır və maliyyə tələb edir. Hazırda «Mardan Palace» 400 milyon dollar səviyyəsində qiymətləndirilir. Əvvəl Qətərdən olan iri investor 600 milyon dollara almaq istədi, Telman İsmayılov razılaşmadı», - mənbə deyib.

Mənbənin bildirdiyinə görə hotelin «Rixos Group» və ya digər şirkət tərəfindən icarəyə götürülməsi daha ağlabatandır. Lakin bu da yaxın vaxtlarda baş tutmayacaq. Çünki hotel restavrasiya tələb edir, hovuzu, kondisioner sistemi və s. təmir edilməlidir. Buna da iki-üç ay vaxt lazımdır. Yəni qarşıdakı yaz-yay mövsümündə hotel bağlı olacaq, deməli onu icarəyə götürməyin mənası yoxdur.

Hotel boş qaldığına görə borcları da artacaq. Situasiya ona görə mürəkkəbdir ki, Telman İsmayılov hoteli tam satmaq istəmir, amma işlətməyə də pulu yoxdur.

Bundan əvvəl hotelin üzərinə Türkiyənin «Halk Bank»ına olan kredit borcuna görə həbs qoyulmuşdu. T.İsmayılov hotelə 1.4 milyard dollar xərcləyib.