vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TOP OYUNLARI  
11:51 | 3 noyabr 2017 | Cümə Məqaləyə 2312 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qurban Qurbanov AFFA qarşısında şərt qoydu

Rövnəq Abdullayev isə söz verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Robert Prosineçkinin Azərbaycan milli komandasının baş məşqçi postundan getməsindən sonra yeni baş məşqçinin kimliyi ilə bağlı fərqli versiyalar səsləndirilsə də, AFFA Qurban Qurbanov variantına daha çox üstünlük verir. Qurban Qurbanovun milli komandaya baş məşqçi təyin olunacağı artıq dəqiqdir və sabah İcraiyyə Komitəsinin növbəti iclasında bu haqda qərar qəbul olunacaq.

Sportlife.az-ın əldə etdiyi məlumata görə, Qurbanovu bu posta gətirmək AFFA-ya o qədər də asan başa gəlməyib.

Qurban Qurbanov AFFA prezidenti Rövnəq Abdullayevlə görüşü zamanı bir neçə şərtinin olduğunu və bu şərtlərə əməl olunacağı təqdirdə təklifi qəbul edə biləcəyini bildirib. Şərtlərdən biri də Azərbaycanın əsas və aşağı yaş milli komandalarına nəzarətin şəxsən özünə verilməsi olub.

R. Abdullayev «Qarabağ»ın uğurlarının memarı olan Qurbanovun bütün şərtləri ilə razılaşdığını və onun üçün ən yüksək şəraitin yaradılacağına söz verib.

Qeyd edək ki, buna qədər Azərbaycan milli komandalarına nəzarət AFFA-nın baş katibi Elxan Məmmədovun əlində idi.