vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 18 iyul 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9874 AZN
Rusiya rublu 1 RUB = 0.0272 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2514 AZN
Türk lirəsi 1 TRY = 0.3502 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
TOP OYUNLARI  
11:06 | 24 noyabr 2017 | Cümə Məqaləyə 672 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AFFA narazıdır

Həvəskarların təşkil etdiyi yarış qurumu qane etmir

AĞA

MÖVZU İLƏ ƏLAQƏLİ

«Həvəskarlar Federasiyasının təşkil etdiyi yarış AFFA-nı qane etmir» – bu sözləri assosiasiyanın mətbuat xidmətinin yeni rəhbəri Firuz Abdulla deyib.

Qurum rəsmisi AFFA-nın təşkil etdiyi yeni yarışın – Region Liqasının təşkili ilə bağlı yaranmış söz-söhbətə aydınlıq gətirərkən belə söyləyib. Belə ki, bu federasiyanın yeni yarışın təşkilatçılığında heç bir rol oynamaması, heç bir nümayəndəsinin İşçi Qrupa daxil olmaması müəyyən narazılığa səbəb olub.

Region Liqası həvəskar statuslu yarış olduğundan Həvəskarlar Federasiyasının kənarda qalması birmənalı qarşılanmır. Firuz bəyin buna başqa izahı da var: «Bu yarış pilot layihədir. Həm Həvəskarlar Federasiyasının təşkil etdiyi yarış AFFA-nı qane etmir, həm də yeni yarış fərqli brendi ortaya qoymaq cəhdidir. Daha nüfuzlu, daha diqqətçəkən yarış təşkil etmək niyyətindəyik».

Həvəskarlar arasında Bakı zonasının oyunları artıq start götürüb. Region Liqasında isə hazırda komandaların müəyyənləşdirilməsi prosesi gedir. Bu isə qəribə vəziyyət yaradır: «Əslində, Region Liqası daha çox region komandalarının çempionatı olmalıdır. Bu səbəbdən bölgə təmsilçilərinin çox olmasına çalışırıq və bu baxımdan ciddi irəliləyiş var. Sözügedən federasiya bu baxımdan fəal deyil».

Bəs, həvəskarlar arasında beynəlxalq yarışlarda ölkəmizi hansı yarışın qalibi təmsil edəcək? Firuz bəyin buna da cavabı var: «Belə yarışlar iki ildən bir keçirilir. Hələlik Həvəskarlar Federasiyasının yarışında qalib olan avrokuboklara gedəcək. Növbəti mövsümlərdə isə Region Liqasının qalibinin bu hüquqa yiyələnməsi mümkündür. Yeni yarış pilot layihədir, uğurlu olsa, daimi çempionata çevriləcək. Hazırkı əsasnamələrə görə bu hüquq sözügüdən federasiyadadı, lakin əsasnamələr hər il yenidən təsdiqlənir, ona görə də dəyişiklik realdır».

Bu açıqlama göstərir ki, Həvəskarlar Federasiyasının fəaliyyətsizliyi, kütləviliyə nail ola bilməməsi öz başlarında çatlayacaq. AFFA daha səviyyəli yarış keçirməyə qərar verib. Federasiyanın kənarda qalması isə onlara etimad limitinin tükənməsi ilə bağlıdır. Ola bilsin, tezliklə Kamil Rəhimovun rəhbəri olduğu qurumun özündə də islahatlar reallaşsın. Əldə etdiyimiz bilgiyə görə, həvəskarlar çempionatında ciddi qüsurlar - bir çox matçların keçirilmədən protokollaşdırılması halları - aşkarlanıb və onlara dəfələrlə xəbərdarlıq olunub. (futbolinfo.az)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *