vaxtlı-vaxtında oxuyun! Cümə, 22 fevral 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNDƏM  
15:35 | 28 noyabr 2018 | Çərşənbə Məqaləyə 953 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ramzan KadIrov Bakıya niyə gəlmişdi?

“Biz bunu heç vaxt unutmayacağıq”

MÖVZU İLƏ ƏLAQƏLİ

Çeçenistan prezidenti Ramzan Kadırov noyabrın 27-də Bakıda oldu və prezident İlham Əliyevlə görüşdü. İlham Əliyev və Ramzan Kadırov bir-birlərinin ünvanına komplimentlər söylədilər.

Ramzan Kadırov dedi ki, İlham Əliyev yalnız Azərbaycan üçün deyil, bütövlükdə müsəlmanlar üçün xeyirxah işlər görür: “Siz yalnız müsəlmanları deyil, bütün konfessiyaları birləşdirdirirsiniz. Bu, çox qiymətlidir. Buna görə də bunu həm Azərbaycan xalqı, həm də bütün Qafqaz xalqları görür”. Ramzan Kadırov Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev haqqında da müsbət fikirlər söylədi: “Heydər Əliyev ən çətin illərdə Çeçenistana kömək edib. Biz bunu heç vaxt unutmayacağıq”. Ramzan Kadırov onu da dedi ki, Çeçenistanda Heydər Əliyevin xatirəsinə bağ salınıb. Kadırov bağın açılışına İlham Əliyevi dəvət etdi.

İlham Əliyev də Kadırov haqqında xoş sözlər dedi: “Sizin rəhbərliyiniz altında Çeçenistan inkişaf edir. Bizi o da çox sevindirir ki, Çeçenistan Respublikasında sabitlik bərqərar olub, insanlar təhlükəsizlik şəraitində, sakit yaşayırlar, öz doğma torpaqlarında qurub-yaradırlar”.

Əsas sual budur: Ramzan Kadırov Bakıya niyə gəlmişdi?

Ramzan Kadırov keçmiş illərdə Azərbaycan haqqında heç də müsbət fikirlər söyləmirdi. O çeçen mücahidlərin Azərbaycandan dəstək aldıqlarını iddia edirdi. Çeçen mücahidlərin bir qisminin ailəsinin Azərbaycanda olması da Kadırovu narahat edirdi. Ramzan Kadırov sonrakı illərdə Azərbaycanı daha tənqid etmədi. Əksinə Kadırov rəsmi Bakı ilə yaxınlaşmağa çalışırdı. Bunun səbəbi var.

Rusiyada iqtisadi vəziyyət ağırdır. Rusiya prezidenti Vladimir Putin Çeçenistanı müharibədən sonra faktiki yenidən qurdu. Çeçenistandakı infrastrukturun yenidən qurulmasına Moskva milyardlarla dollar pul xərclədi. Ancaq hazırda Moskva Çeçenistana investisiyaların həcmini azaldır. Onsuz da Şimali Qafqaz indinin özündə Rusiyanın ən çox pul xərclədiyi bölgədir, bu yükü daşımaq getdikcə çətinləşir. Ona görə də Çeçenistana yeni istiqamətlərdən investisiyalar lazımdır. Ramzan Kadırov varlı ərəb dövlətləri ilə dostluq edir ki, onlardan investisiyalar ala bilsin. O eyni məqsədlə Azərbaycanla yaxınlıq etmək istəyir. Azərbaycan Qafqazın ən varlı dövlətidir. Rusiyanın Qafqazdakı federasiyaları Azərbaycandan investisiyalar gözləyirlər. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bu məqsədlə Şimali Qafqazdakı federasiyalara bir neçə dəfə səfərlər edərək görüşlər də keçirib. Elə Ramzan Kadıvorun İlham Əliyevlə görüşündə Şahin Mustafayevin iştirak etməsi də Çeçenistan liderinin Bakıya hansı məqsədlə gəldiyinə işarə idi.

Əlbəttə, Azərbaycan prezidentinin də vurğuladığı kimi keçmiş illərdən fərqli olaraq Çeçenistanda savaş və terror yoxdur, sabitlikdir. Ancaq Çeçenistan və Dağıstandakı sabitliyin davamlı olması haqqında qəti fikir söyləmək də çətindir. Risklər hələ var.

Rəsmi Bakı Dağıstana, Çeçenistana, Krasnodar vilayətinə investisiya qoymağa və yeni iş yerləri açmağa hazırdır. Ancaq Bakı bunun qarşılığında Moskvadan Qarabağ münaqişəsinin həllində addım atmasını gözləyir. Məsələn, Bakıda Rusiya universitetlərinin sayı artır, hər il Bakıda Moskvanın yeni universitetləri açılır. 2019-cu ilin büdcəsində Moskva Universitetlərinin Bakı filiallarına ayrılan vəsait 100 illiyini qeyd edən Bakı Dövlət Universitetinə ayrılan vəsaitdən çoxdur. Halbuki, Bakı Dövlət Universitetin Azərbaycanın ən böyük Universitetidir. Rəsmi Bakı bütün bunları ona görə edir ki, Moskva rəsmi Bakının Rusiya ilə əlaqələrə necə üstünlük verdiyini görsün. Moskva və şəxsən Rusiya prezidenti Vladimir Putin bunu görür və anlayır, ancaq hələ ki, Qarabağ münaqişəsinin həllində fəallıq göstərmir. Rəsmi Bakı bilsə ki, Moskva Qarabağ münaqişəsinin həlli məqsədilə Ermənistan hakimiyyətinə təzyiq edəcək, Rusiyanın Şimali Qafqazdakı federasiyalarına daha böyük investisiyalar yatırar.

“Atlas” Araşdırmalar Mərkəzi


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *