Rusiyada yetişən ciddi problem – Kadırov
Kim Çen In isə ABŞ-a tarixi xidmətini göstərdi
Şahin CƏFƏRLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Onlar insan deyil”
Tramp ölkədəki qeyri-qanuni mühacirləri hədəfə alıb
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
“Hwasongpho-16B” hədəfi vurub
Şimali Koreya hipersəs döyüş başlığı daşıyan ballistik raketi sınaqdan keçirib
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
İslam Rusiyada yavaş-yavaş siyasiləşir. Moskvada Myanmar səfirliyi qarşısındakı dünənki icazəsiz etiraz aksiyası ciddi siqnaldır. Məncə, Ramzan Kadırov quldur olsa da, zəkasız deyil. Bu resursu görür və həmin sosial bazanın liderliyinə oynayır. Onun Moskvaya güc nümayiş etdirməsi və nəticədə Putinin Myanmar qətliamını qınamağa məcbur qalmasını sıradan, epizodik bir hadisə kimi qiymətləndirmək yanlış olar.
Kadırov artıq Putinin ona biçdiyi ölçülərə sığmır və mərkəzin təlimatlarını icra etməklə məşğul olan əyalət canişini rolundan çıxaraq ümumrusiya miqyaslı liderə çevrilmə ambisiyası nümayiş etdirir. Bunun üçün ən ideal yol ölkədəki narazı müsəlmanların iradəsinin ifadəçisi missiyasını üzərinə götürməkdir. Vəziyyətin bu yerə gəlib çıxması Kremldə oturan və oturacaq istənilən adamı Kadırovla hesablaşmaq reallığı qarşısında qoyur. Bu yeni missiyası ilə Kadırov həm də şəxsi immunitet əldə etmək və qurduğu yarımteokratik feodal rejimin, topladığı varidatın toxunulmazlığına təminat qazanmaq niyyətindədir.
Rus dövləti üçün digər başağrısı isə odur ki, ruslar və digər slavyan mənşəli rusdillilər arasında doğumun səviyyəsi azaldığı halda, şimali qafqazlılar başda olmaqla, ölkə müsəlmanlarının sayı getdikcə artır. Bu demoqrafik disbalans da göstərir ki, islamın Rusiyada sosial-mədəni və siyasi faktor kimi rolu güclənərək davam edəcək.
***
Şimali Koreyanın sayəsində ABŞ Çinin qulağının dibinə hər cür müasir silahını gətirib, quraşdırdı. Son raket sınağından sonra Cənubi Koreya hətta ABŞ-ın taktiki nüvə silahının yenidən öz ərazisində yerləşdirilməsi məsələsini düşünməyə başlayıb. (1991-ci ildə bu silah ölkədən çıxarılmışdı.) Yəni ABŞ bu gərginlikdən öz geosiyasi məqsədləri naminə yaxşıca yararlanır.
Əslində ABŞ-ın əsas məqsədi özünün qlobal raket hücumundan müdafiə sisteminin Asiya komponentini qurmaq idi və buna da nail oldu. THAAD sistemlərinin Cənubi Koreya torpaqlarında yerləşdirilməsi başa çatdı və ya çatmaq üzrədir. Bunun sayəsində Çinin, eləcə də Rusiyanın nüvə başlıqlı ballistik raketləri ABŞ üçün təhlükə olmaqdan çıxır. (Sistemin Avropa komponenti də qurulur və Rumıniya elementi hazırdır, Polşada tikinti davam edir. Bundan başqa, ABŞ-ın Çin və Rusiya sahilləri yaxınlığında müntəzəm üzən gəmilərində də eyni məqsədli «Aegis» sistemləri var.)
Beləliklə, ABŞ hipotetik savaşda Çin və Rusiyanın uzaq mənzilli raketlərini öz sərhədlərindən minlərlə km aralıda zərərsizləşdirmək imkanı əldə edir. Söhbət ondan getmir ki, bu dövlətlər arasında mütləq müharibə olacaq, sadəcə, strateji balansın bu şəkildə pozulması Çini və Rusiyanı ABŞ-a meydan oxumaq imkanından məhrum edir. Myanmarda cərəyan edən proseslərin də ABŞ-Çin rəqabəti ilə əlaqəsi var.