vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
22:49 | 5 aprel 2019 | Cümə Məqaləyə 3255 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AKP seçim qarşısında

Hakim partiya İstanbulu təhvil versə maliyyəni, saxlasa reytinqini itirə bilər

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

İstanbulun 24 rayonunda (ilçe) 5 gündür etibarsız bülletenləri sayırlar. 18 rayonda proses tamamlandı. Gördülər ki, aradakı fərq qapanmır (bir qədər azalsa da), dünən axşam qalan 15 rayonda da etibarsız bülletenlərin yenidən sayılmasına qərar verdilər. (İstanbulda 39 rayon var.) Bunun da bir nəticə verməyəcəyi aydındır, ona görə də Əkrəm İmamoğlunun qarşısını kəsmək üçün yeganə yol qalır: seçkilərin nəticələrinin ləğvi.

Bir az əvvəl xəbər yayıldı ki, AKP-nin İstanbul Böyükçəkməcə təşkilatı bu rayon ərazisində qanunsuz seçici qeydiyyatının olduğunu səbəb göstərərək şəhər üzrə nəticələrin ləğvi üçün vilayət (il) seçki komissiyasına müraciət edib, lakin bu tələb qəbul olunmayıb. Ola bilər ki, bu cür cəhdlər davam etsin.

İstanbulu itirməyi həzm etmək, qəbul etmək iqtidardakı mövcud zehniyyət üçün asan deyil. Bunun siyasi mənasını və mümkün siyasi nəticələrini hamınız az-çox bilirsiniz. İstanbulun müxalifətin əlinə keçməsi “Rəis”in sehrinin pozulması, məğlubedilməz lider obrazının sarsılması deməkdir. Qarşıdakı 4 ildə burada İmamoğlunun uğurlu fəaliyyəti onu Cümhuriyyətin 100-cü ildönümündə prezident seçkilərinin favoritinə çevirəcək və Kılıçdaroğlunun bu seçkilərdə ilk nəticələrini aldığı CHP-ni geniş əhali kəsimlərinə açma strategiyasının sonrakı uğurları üçün də əlverişli zəmin yaratmış olacaq.

Məsələnin heç də az əhəmiyyət daşımayan iqtisadi-maliyyə tərəfi də var. İstanbul bələdiyyəsi əsas korrupsiya əməliyyatlarının həyata keçirildiyi, milyardların yeyildiyi, yandaşların bəsləndiyi əsas mənbədir, çeşmənin başıdır. Dəyirmanın suyu əsasən burdan gəlir. Məsələn, 2018-ci ildə İstanbul böyükşəhər bələdiyyəsi büdcəsindən iqtidara yaxın, onların ailə üzvləri tərəfindən idarə olunan vəqflərə (QHT) nə az, nə çox - düz 847 milyon lirə pul köçürülüb. 847 milyon... Heç bir rəsmi vəzifə tutmadıqları halda, bələdiyyədən hər ay qanunsuz maaş alan on minlərlə insan (iqtidar partiyası fəalları, jurnalistlər, trollar və s.) olduğu iddia edilir. Bələdiyyədən yandaşlara, təriqətlərə, camaatlara uzanan bu xortumların kəsilməsi iqtidar partiyasına böyük zərbə vuracaq. Dünən İmamoğlu həmin vəqflərə köçürmələrin dayandırılacağını, bələdiyyədə şəffaflığın maksimum təmin ediləcəyini açıqladı.

İndi əsas sual budur ki, prezident Ərdoğan İstanbul seçkilərinin ləğvinə gedəcəkmi? Bu, çox riskli yol olar. Türkiyədə haqqı yeyilən, yəni mağdur edilən siyasətçinin nüfuzu artır və bunu ən yaxşı Ərdoğan bilir. Təkrar seçki olarsa, İmamoğlu açıq fərqlə qalib gələr. Qalır təkrar seçkidə saxtalaşdırma yolu ilə lazımi nəticənin təmin edilməsi. Bu da çıxış yolu deyil və daxildə narazılığın artması, vətəndaş qarşıdurmasının yaranması, Ərdoğanın legitimliyini itirməsi, ölkənin özünü müasir dünyadan təcrid etməsi və digər neqativ nəticələrə gətirib çıxarar. Üstəlik, xaricdən ciddi miqdarda maliyyəyə ehtiyac duyulduğu iqtisadi böhran dövründə bu yola əl atmaq öz ayağına güllə sıxmaq anlamına gələn ağılsız bir addım olar. Xalqın əksəriyyəti dəstək verməz.

 


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)