vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9326 AZN
1 Rusiya rublu 1 RUB = 0.0255 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1384 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3191 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
REGİON  
15:51 | 19 noyabr 2018 | Bazar ertəsi Məqaləyə 3122 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İvanişvilidən seçicilərə siyasi rüşvət

Gürcüstanda seçki öncəsi yarımmilyondan çox şəxsin kredit problemi həll olundu

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstan hökuməti banklara borcunu ödəməkdə çətinlik çəkən 600 mindən çox vətəndaşın problemini həll etdi.

Hökumət əhalinin ümumilikdə 1,5 milyard lari (təxminən 570 milyon dollar) həcmində olan borclarını sildi. Bu məsələnin həllini İvanişvilinin maliyyələşdirdiyi “Kartu” Fondu ilə banklar öz üzərinə götürüb. Təbii ki, çox yaxşı, çox əla addımdır, amma burada konkret siyasi məqsədin güdüldüyü də ortadadır.

Qərar noyabrın 28-də keçiriləcək prezident seçkilərində qələbəni təmin etməyə yönəlib. Bu seçki Gürcü Arzusu və şəxsən Bidzina İvanişvili üçün ölüm-qalım məsələsidir. Əslində prezidentin səlahiyyətləri çox məhduddur və prezidentin dəyişməsi ilə hakimiyyət dəyişmir. Lakin hamıya aydındır ki, prezident vəzifəsinə Qriqol Vaşadzenin seçilməsi Vaşadzedən çox, Saakaşvilinin qələbəsi anlamına gələcək və indiki hakimiyyət üçün sonun başlanğıcı olacaq. Bu halda hakim partiyada eroziyanın başlaması və bununla paralel erkən parlament seçkilərinin gündəmə gəlməsi qaçılmazdır. Hətta erkən seçki olmasa belə, növbəti seçkiyə onsuz da az müddət qalır və həm psixoloji, həm də siyasi üstünlüyün müxalifətə keçəcəyi bir şəraitdə iqtidarın toparlanması, reabilitasiyası çox çətin olar.

İvanişvili bunu yaxşı anladığı üçün ilk turun şoku ilə fövqəladə iş rejiminə keçərək bir yox, iki seçki qərargahı yaratdı. Parlamentin sədri İrakli Kobaxidze ölkə miqyaslı qərargahın, Tiflis meri Kaxa Kaladze isə paytaxt üzrə qərargahın rəhbəri təyin olundu. Eyni zamanda, kisənin ağzı açıldı, uşaq pulunun, əlillər üçün müavinətlərin, müəllimlərin, məmur aparatının, güc strukturları əməkdaşlarının maaşlarının ciddi şəkildə artırılacağı bəyan edildi.

Təsəvvür edin ki, prezidentliyə namizəd Salome Zurabişvili ortada görünmür, tamamilə kölgədə qalıb. İvanişvili onun əlavə səs cəlb etmək imkanlarının sıfıra yaxın olduğunu bildiyi üçün 2-ci tur öncəsi elə vəziyyət yaratdı ki, sanki namizəd Zurabişvili yox, elə İvanişvilinin özüdür. Bilbordlardan İvanişvili və Kobaxidze boylanır (şərh bölümünə baxın), Zurabişvilinin qeyri-populyar siması unutdurulur, onun ilk turdakı sloqanı da bir kənara atılıb. Əks-təbliğatda isə Saakaşvili dövründəki problemlər, qanunsuzluqlar qabardılır və “qanlı 9 il” deyə bəhs edilən həmin dövrdən narazılığı olan təbəqələr köhnə komandanın revanşı ilə qorxudularaq onların səsvermə üçün maksimum mobilizasiyasına çalışılır.

Bütün bunların nəticəsində faktiki olaraq, 28 noyabrda seçki yox, referendum olacaq və Gürcüstan vətəndaşları bu suala cavab verəcək: İvanişvili və onun komandası qalsın, yoxsa Saakaşvili və onun komandası qayıtsın?

Seçki ilk turdakı kimi minimal pozuntularla başa çatarsa, kim qalib gəlirsə gəlsin, udan xalq olacaq. Hökuməti bu cür fövqəladə tədbirlər görməyə, səs qazanmaq üçün dəridən-qabıqdan çıxmağa, borcları bağışlamağa sövq edən amil məhz müxalifətin qələbəsinin real olması ilə əlaqədardır. Əhalinin borc problemini Saakaşvili və Vaşadze gündəmə gətirmişdilər, hökumət isə dərhal reallaşdırdı. Bu, onu göstərir ki, demokratikləşmə, xalq qarşısında özünü məsul hiss edən hökumətin mövcud olması xalqın problemlərinin həllinə zəmin yaradır.

Amma onu da qeyd etmək lazımdır ki, İvanişvili bənzər vədləri əvvəllər də verib, sonra isə “unudub”.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)