
Büdcə kəsirində tariflərin təsiri
35 milyardlıq azalma var
35 milyardlıq azalma var
ABŞ prezidenti Avropa Birliyinə etdiyi şərti “Böyük Yeddilik”dən də istədi
İranlı deputat nüvə silahı prosesini gizli davam etdirməyi tələb edir
İllik əsas inflyasiya isə 3,1% təşkil edib
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
ABŞ-da işsizlik müavinətinə müraciətlər dörd ilin pik həddinə çatdı
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
İki ölkə prezidenti İranın nüvə məsələsini müzakirə edib
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
Əmək Nazirliyində məlumat toplama prosesi ilə bağlı şübhələr yaranıb
ABŞ-dan gizli cihaz xəbərdarlığı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
ABŞ İranın xarici işlər naziri Cavad Zərifi sanksiya siyahısına saldı.
C.Zərif bundan sonra ABŞ ərazisinə daxil ola bilməyəcək. Bu qərar Vaşinqton və Tehran arasında diplomatiya qapısının ən azı bu mərhələdə qapanması anlamına gəlir. Tramp ötən günlərdə gözlənilməz gediş edərək senator Rend Pola İran tərəfi ilə qeyri-rəsmi danışıqlar aparmaq üçün səlahiyyət vermişdi. R.Pol ABŞ-ın ənənəvi müdaxiləçi xarici siyasətinin qatı əleyhdarı olan, İran, Rusiya və digər bu tip rejimlərlə anlaşmağı zəruri sayan siyasətçidir. O, bir neçə gün əvvəl C.Zərif ilə görüşdü. Görünür, bu görüşdən sonra Tramp Tehranın hər hansı güzəştə getməyəcəyinə və bu ölkədəki "islahatçı" qanadın nəyisə dəyişdirmək gücündə olmadığına tam əminlik hasil edib. Beləliklə, R.Polun qısamüddətli sülh missiyası uğursuzluqla nəticələndi.
ABŞ-ın bu qərarı İran xarici siyasətində kompromissiz xəttin tərəfdarı olan mühafizəkarların mövqelərini daha da möhkəmləndirəcək.
Vaşinqtondan gələn başqa bir önəmli xəbər Rusiya və Qərbi Avropanın birgə layihəsi olan “Şimal axını 2” qaz boru kəmərinə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsinin Senatın Beynəlxalq əlaqələr komitəsindən keçməsidir. (Lehinə 20, əleyhinə 2 səs.) Sənədin qanunlaşması üçün növbəti mərhələlər belədir: layihə Senatın ümumi yığıncağında qəbul olunduqdan sonra Nümayəndələr Palatasına göndəriləcək. Orada dişini qıcamış demokrat çoxluq bunu çoxdan gözləyir. Palatanın müvafiq komitəsində və ümumi toplantısında qəbul edildikdən sonra qanun layihəsi prezidentin təsdiqinə təqdim olunacaq.
Respublikaçıların liderlərindən biri Ted Kruzun həmmüəlliflik etdiyi sənəddə (digər həmmüəllif: demokrat C.Şahin (J.Shaheen)) “Şimal axını 2” layihəsini həyata keçirən hüquqi və fiziki şəxslərə sanksiyaların tətbiqi əksini tapıb. Layihəni həyata keçirən konsorsiuma OMV (Avstriya), “Engie” (Fransa), “Royal Dutch Shell” (Britaniya-Niderland), “Uniper” və “Wintershall” (hər ikisi Almaniya) şirkətləri daxildir. Boru kəmərini döşəyənlər isə İtaliyanın “Saipem” və İsveçrənin “Allseas” şirkətləridir. Bunlar dərin dənizlərin dibində boru xətti çəkmək üçün texnoloji imkanlara sahib tək-tük şirkətlərdir və demək olar ki, alternativsizdirlər. Sanksiyalar ilk növbədə bunlara şamil olunacaq ki, kəmərin çəkilişi dayansın.
Sanksiya qanunu qəbul olunub, prezident tərəfindən imzalanarsa, transatlantik münasibətlərdə gərginlik yaranacaq. Amma Tramp istəsə, Senatdakı respublikaçı çoxluğun lideri Makkonnel vasitəsilə layihənin qəbulunu ləngidə bilər.