vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 11 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
AMERİKA  
ABŞ-da araşdırma başladı 20:51 | 10 sentyabr 2025 | Çərşənbə Məqaləyə 121 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-da araşdırma başladı

Əmək Nazirliyində məlumat toplama prosesi ilə bağlı şübhələr yaranıb

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Əmək Nazirliyinin Baş Müfəttişliyi Əmək Statistika Bürosu (BLS) tərəfindən aparılan məlumat toplama prosesi ilə bağlı araşdırma başladığını açıqlayıb.

Nazirliyin Baş Müfəttişliyi tərəfindən BLS-yə göndərilən məktubda, büronun iqtisadi göstəriciləri toplama və hesabatlandırma zamanı qarşılaşdığı çətinliklərin araşdırıldığı bildirilib.

Məktubda qeyd olunur ki, BLS ABŞ iqtisadiyyatında kritik əhəmiyyət daşıyan və yaxından izlənilən iki inflyasiya göstəricisi – PPİ (Producer Price İndex – İstehsal Qiymətləri İndeksi) və CPİ (Consumer Price İndex – İstehlakçı Qiymətləri İndeksi) üçün məlumat toplama fəaliyyətlərini azaldacağını açıqlamışdı. Eyni zamanda, məşğulluq hesabatındakı proqnozların da yaxın zamanlarda əhəmiyyətli dərəcədə aşağıya doğru düzəldildiyi xatırladılıb.

Araşdırmanın əsas diqqət mərkəzində PPİ və CPİ məlumatlarının toplanması, aylıq məşğulluq göstəricilərinin toplanması, hesabatların hazırlanması və reviziyası ilə bağlı çətinliklər və bu çətinlikləri aradan qaldırmaq üçün strategiyalar olacaq.

BLS dünən ABŞ məşğulluq statistikasına dair ilkin reviziya məlumatlarını açıqlamışdı. Məlumata görə, ABŞ-da qeyri-əkin sektoru üzrə məşğulluq mart ayına qədər olan 12 aylıq dövrdə ilkin açıqlanan göstəricilərə nisbətən 911 min nəfər az olub.

 

Tramp zəif göstəricilər sonrası məsul şəxsin işdən çıxarılmasını tələb etmişdi

 

ABŞ Prezidenti Donald Tramp avqust ayında iyul ayına dair məşğulluq göstəricilərinin zəif gəlməsindən sonra statistikanın hazırlanmasından məsul şəxsin vəzifədən azad edilməsini tələb etmişdi.

Tramp göstəricilərin sabiq Prezident Co Bayden tərəfindən təyin edilmiş Əmək Statistika Komissarı Erika MakEntarfer tərəfindən hazırlandığını qeyd edib. Tramp MakEntarferin keçən ilki prezident seçkilərində rəqibi Kamala Harrisin qələbə şansını artırmaq üçün məşğulluq göstəricilərində manipulyasiya etdiyini iddia etmişdi.

“Doğru məşğulluq rəqəmlərinə ehtiyacımız var. Komandama Baydenin bu siyasi təyinatını dərhal işdən çıxarmalarını tapşırdım. Yerinə daha səriştəli və keyfiyyətli biri təyin olunacaq. Belə vacib göstəricilər ədalətli və düzgün olmalı, siyasi məqsədlər üçün manipulyasiya edilə bilməz”, – deyə Tramp bildirmişdi.