
Bakının manevr qabiliyyətini azaldacaq
Azərbaycanda Türkiyə və ya Pakistan hərbi bazaları lazımdırmı?
Azərbaycanda Türkiyə və ya Pakistan hərbi bazaları lazımdırmı?
Ermənistan niyə Türkiyə ilə münasibətləri normallaşdırmağa can atır?
Döyüşmədən düşməni məğlub etmək müharibə sənətinin zirvəsidir
Geosiyasi qərarin güvənlik böhranina çevrilməsi
Türkiyəlilərə 30 lirəyə olan qiymət xarici turistlərə 1 avrodur
Neft razılaşması Yunanıstanda panika yaratdı
Ərdoğan və Tramp arasında NATO Sammiti çərçivəsində əl sıxışdı
Ermənistan Qərbə niyə yaxınlaşır?
Cenevrədə sülhpərvərlik və dialoqdan, İstanbulda isə İslam həmrəyliyindən dəm vuran iranlı
Təkanlar Bodrumda hiss olunub
Türkiyənin strategiyasını yeniləməsi regional hadisələr və rəqabət səhnəsini hərəkətə gətirəcək
“Dönər kabab”ın hansı meyarları var?
Almaniyanın İstanbuldakı Konsulluğunda nələr baş verir?
“Şuşa Bəyannaməsi”nin 4 ili tamam olur
(Asparagas və onun jurnalistikadakı yeri)
Elektromaqnit döyüş imkanlarını genişləndirmək üçün təşəbbüs qrupu yaranıb
Mayın 6-da seçkinin nəticələri ləğv olunduqdan sonra xəbərlər yayıldı ki, prezident Ərdoğan əsas vaxtını İstanbula ayıracaq və şəhərin bütün ilçələrində (39) mitinqlər təşkil edəcək. Düzdür, bu, rəsmi xəbər deyildi, amma təkzib də olunmadı. Bahçeli isə “mitili İstanbula atacağam” sözləri ilə çox aktiv kampaniya aparacağını şəxsən özü açıqlamışdı. Amma seçkiyə 13 gün qalmasına baxmayaraq, iki lider də İstanbulda gözə dəymir.
Bahçelinin mitilini Ankaradan İstanbula daşımaqdan vaz keçməsinin səbəbi məlumdur: saraydan ona deyildi ki, sənin kampaniyada fəal iştirakın bizim kürdlərin səsini cəlb etməklə bağlı siyasətimizə zərər vuracaq, ona görə məsləhət deyil. Ərdoğanın mövqeyini dəyişməsi isə 2 səbəblə bağlıdır:
Birinci səbəb budur ki, Ərdoğanın aktiv kampaniya aparması AKP sıralarında maksimum səfərbərlik yaratmaqla bərabər, müxaliflərin və narazıların da konsolidasiyasına səbəb olur. Halbuki Binəli müəllimin qələbəsi üçün müxalif blokun və protest elektoratının motivasiyasının aşağı düşməsinə ehtiyac var. Digər tərəfdən, 31 mart seçkiləri göstərdi ki, Ərdoğanın natiqlik məharəti artıq öz sehrli təsirini itirməkdədir, onun aqressiv ritorikası əks effekt verməyə başlayıb, müxaliflərlə birlikdə AKP-nin tərəfdarı olan mötədil mühafizəkar kəsim də bu dildən yorulub və rəqibin düşmənləşdirilməsinə yaxşı baxmır.
İkinci səbəb budur ki, prezident Ərdoğan İstanbulda üst-üstə ikinci dəfə məğlubiyyətə uğramağın (belə bir ehtimal az deyil) risklərini, onun reputasiyasına, siyasi gücünə vura biləcəyi zərbələri görür və bu mümkün tablonun neqativ nəticələrini indidən minimallaşdırmağa çalışır. B.Yıldırımın önə çıxarılması, hətta İmamoğlu ilə teledebatda iştirakına icazə verilməsi də məhz bununla bağlıdır. Qələbə qazanılsa, aydındır ki, hər kəs bunun Ərdoğanın siyasi dühası, gücü sayəsində əldə olunduğunu düşünəcək və söyləyəcək. Amma elə etmək lazımdır ki, uğursuzluq halında uduzanın Tayyib Ərdoğan yox, yalnız Binəli Yıldırımın özü olduğu qənaəti hasil olsun. Saray 23 iyun seçkilərinin əhali, siyasi qüvvələr və beynəlxalq çevrələr tərəfindən Ərdoğana etimad referendumu kimi qəbul olunmasını əngəlləmək istəyir, Binəli bəyin hiperaktivliyi də bu taktikadan irəli gəlir.
P.S. Teledebat iyunun 16-da, Bakı vaxtı ilə saat 22-də olacaq. Moderator kimi Fox TV-nin əməkdaşı İsmail Küçükkaya seçilib.