vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
12:34 | 16 aprel 2019 | Çərşənbə axşamı Məqaləyə 2509 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-ın “yaxşı polis”-“pis polis” siyasəti

Albayrakın Ağ Evdə qarşılanmasına sözardı ...

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Trampın qəfil Ağ evdə Türkiyənin maliyyə naziri və prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Beraat Albayrakı qəbul etməsi bir neçə nəsnədən xəbər verir.

Birincisi, ABŞ-ın hazırkı prezidenti əsl ticarətçi olduğundan Rusiyadan alacağı “S-400” Zenit-raket komplekslərinə görə Türkiyəni və bu ölkənin böyük bazarını itirmək istəmir. Məsələ burasındadır ki, Pentaqon Türkiyəyə “F-35” hərbi təyyarələrini satmaqdan imtina etsə bu Amerika üçün milyardlarla dollar itki olacaq. Tramp isə bu itki ilə razılaşmaq istəmir.

İkinci, Trampın Albayrakla görüşü “NATO Türkiyəni üzvlükdən çıxara bilər” şayiələrinə son qoydu. NATO-nun əsas dövləti ABŞ-dır. Vaşinqton C-400 raketlərinə görə bölgənin əsas dövlətlərindən birini itirmək istəməz, sadəcə Amerika “pis polis” və “yaxşı polis” rolunu oynayır. Pis polis rolunda çıxış edən Amerikanın vitse-prezidenti Mayk Pens Ankaraya daha öncə ultimatum vermişdi: "Ya biz, ya da C-400 raketləri". Yaxşı polis olan prezident Donald Tramp isə türkiyəli nazirlə sıcak görüş həyata keçirdi.

Fikrimcə, Vaşinqton Rusiyanın raketlərini alan Türkiyənin bu hərəkətini nəinki həzm edəcək, hətta il içərisində Donald Trampın Ankaraya rəsmi səfəri də mümkündür. Hiss olunur ki, Trampın Türkiyəyə münasibəti Pentaqonun və Konqresin münasibətindən yaxşı mənada fərqlənir.

Ankarada söhbət etdiyim ekspertlər Türkiyənin Rusiya ilə isti münasibətlərinə rəğmən, Qərb istiqamətindən imtina edilməməsi gərəkliyini bildirirlər. Çünki, bir çox türkiyəli diplomatın dilindən eşitdiyim ifadə var: “Rusiya ilə tərəfdaşlıq strateji deyil taktiki mahiyyət daşımalıdır”. Yəni Rusiya ilə münasibətlərdə ehtiyatı əldən vermək olmaz. Elə Kremlə yaxın rusiyalı ekspertlər də Türkiyə ilə münasibətlərdə eyni sözləri deyirlər.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)