vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
19:35 | 28 fevral 2014 | Cümə Məqaləyə 2773 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

TÜRKSOY iki yubiley keçirəcək

2014 «Türkmən şairi Məhdumqulu ili» və «Qırğız şairi Toktoqul ili» elan edilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY 2014-cü ili «Türkmən şairi Məhdumqulu ili» və «Qırğız şairi Toktoqul ili» elan edib. Bu barədə qərar ötən ilin oktyabrında təşkilata üzv ölkələrin nazirlərinin iştirakı ilə keçirilən TÜRKSOY Daimi Şurasının toplantısında qəbul olunub.

2014-cü ildə türkmən ədəbiyyatının klassiki, mütəfəkkir şair Məhdumqulu Fəraqinin 290 illik yubileyi və görkəmli qırğız şairi Toktoqul Satılqanovun anadan olmasının 150 illiyi qeyd ediləcək.

Fevralın 5-də Ankarada «Məhdumqulu Fəraqi ili»nin açılış mərasimi keçirilmişdi.

«Toktoqul Satılqanov ili»nə martın 3-də Türkiyə paytaxtındakı Dövlət Rəsm və Heykəl Muzeyində təntənəli mərasimlə start veriləcək. Mərasimdə qırğız şairinin həyatından bəhs edən qısa film nümayiş etdiriləcək, şeirləri səsləndiriləcək. «Toktoqul Satılqanov ili»nin açılışına həsr olunmuş daha bir tədbir isə martın 4-də «Türk dünyası mədəniyyəti paytaxtı» Əskişəhərdə - Yunus Əmrə mədəniyyət mərkəzində gerçəkləşəcək. Qeyd edək ki, Məhdumqulu Fəraqi və Toktoqul Satılqanovun yubiley ili çərçivəsində Azərbaycanda da tədbirlərin keçirilməsi nəzərdə tutulur.