vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
TÜRK DÜNYASI  
19:25 | 28 fevral 2014 | Cümə Məqaləyə 2516 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Memarlarımız Bişkekdə

Türkdilli ölkələrin memar və mühəndislərinin qurultayı keçiriləcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu ilin mayında Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dünyası Memarları və Mühəndisləri İttifaqının, TÜRKSOY-un, TürkPA-nın, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Türk Dünyası Yazıçılar Fondunun təşəbbüsü ilə türkdilli dövlətlərin memar və mühəndislərinin IV qurultayı keçiriləcək. Qurultayda Azərbaycan heyəti də iştirak edəcək.

Bişkek şəhər bələdiyyəsinin məlumatına görə, iştirakçılar qurultay çərçivəsində böyük qırğız yazıçısı Çingiz Aytmatovun uyuduğu «Ata-Beyit» memorial kompleksinə gedəcək, yenidənqurmadan sonra Bişkekdəki Atatürk adına parkın, türk dünyası bələdiyyələrinin sərgisinin açılışında, Toktoqul Satılqanovun 150 illik yubileyi münasibətilə TÜRKSOY-un konsertində iştirak edəcək, at yarışlarına, dəmirçilərin ənənəvi sərgisinə baxacaqlar.