vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BANK, BİRJA, SIĞORTA  
17:59 | 4 noyabr 2022 | Cümə Məqaləyə 1457 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Neftsizliyə” immunitet ...

Xərclərə ciddi və şəffaf nəzarət hər şeydən önəmlidir

Eldəniz ƏMİROV

MÖVZU İLƏ ƏLAQƏLİ

İki məsələ dövlət büdcəsilə bağlı daha qlobal hesab edilməlidir. Bunlardan birincisi büdcə xərclərinə nəzarət, ikincisi Dövlət Neft Fondundan (DNF) dövlət büdcəsinə transferlərin həcminin 3 illik yox, əbədi azaldılmasıdır.

Birinci məsələ bugünkü nəsil üçün, ikinci məsələ gələcək nəsil üçün strateji məsələdir.

33 milyard 300 milyon manat kiçik məbləğ deyil. Gələn il (2023)  dövlət məhz büdcə şərtləri daxilindən 33,3 milyard manat pul xərcləməyi planlaşdırır. Bu pulun xərclənməsinə nəzarət nə qədər güclü və şəffaf olarsa, biz büdcə icrasının müsbət tərəflərini, real ekosistemə təsirlərini, sosial həyata faydalarını daha çox görə bilərik. 

Hansı istiqamətə nə qədər pul ayırmaq məsələsi də təbii ki, zəruri faktordur, amma xərclərə ciddi və şəffaf nəzarət hər şeydən önəmlidir. 

İkincisi Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin həcminin azaldılması həm gələcək nəsillər, həm də büdcə gəlirlərinin dayanıqlığının formalaşması üçün vacibdir. Yəni elə bir gün gələcək ki, neft gəlirləri olmayacaq, o zaman qəfil boşluq necə doldurulacaq? Buna görə də nəyin bahasına olursa olsun, hər il müəyyən qədər transfer həcmini azaltmaq lazımdır ki, neft gəlirləri kəskin azalana qədər büdcənin “neftsizliyə” immuniteti formalaşsın. 

Qarşıdakı illər üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin azaldılması hədəf olaraq qarşıya qoyulduğu görünür. Amma buna nə dərəcədə əməl edilə bilinəcəyini zaman göstərək. 

Ona görə ki, 2012-ci ildə də bu məsələ gündəm oldu. Amma ötən il rekord həcmdə - 12.2 milyard manat transfer həyata keçirildi. 

Bu son 10 il ərzində transferin dinamikasını müəyyənləşdirmək üçün dünən son 10 ilin dövlət büdcə layihələrini gözdən keçirdim. Əldə etdiyim rəqəmlərin daha real görüntüsünü yaratmaq üçün bunu diaqram şəklinə saldım. Göründüyü kimi 2013-cü ildən başlayaraq 2017-ci ilə qədər DNF-dan transferlər azaldıldı. 4 il ərazində 5 milyard manat azaldıldı. 11,1 milyard manatdan 6,1 milyard manata qədər endirildi. Bu inanılmaz yaxşı nəticə idi. Amma 4 il ərazində salınan həcm bir il ərzində qaldırıldı və 2018-də 10,9 milyard manat oldu. Ötən ilə qədər isə bu artım tempi davam etdi.

İndi ona görə bu məsələyə toxundum ki, DNF-dan transferlərin həcminin azaldılması ilə bağlı hədəf 2-3 illik olmamalıdır. 2026-cı ilə qədər endirib, 2027-ci ildən qaldırılmamalıdır. Bu bütün gələcək illərin büdcə layihələrinin qızıl qanunu olmalıdır. Dövlət büdcəsinin “neftsizliyə” immuniteti yaranmalıdır.