vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9649 AZN
Rusiya rublu 1 RUB = 0.0260 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2393 AZN
Türk lirəsi 1 TRY = 0.2990 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BANK, BİRJA, SIĞORTA  
19:51 | 31 yanvar 2017 | Çərşənbə axşamı Məqaləyə 1598 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Başqa yolunuz yoxdur!

Vaxt bankların əleyhinə, borcluların lehinə işləyir

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Dolların məzənnəsi bu gün 1,92 manata çatdı. Manatın məzənnəsi ilə bağlı məndən tez-tez soruşurlar: «Pulumu hansı valyutada saxlayım?», «Dollar hara kimi qalxacaq?», «Dollar ucuzlaşa bilərmi?», «Bütün bunlar nə vaxt olacaq?» və s. və i.a. Müraciət edənlərin arasında valyuta mübadiləsi əməliyyatlarında qazanc əldə etmək istəyən vətəndaşlarımız da az deyil (bunu onlara qətiyyən məsləhət görmürəm!). Bu məsələlərlə bağlı aşağıdakıları bildirirəm.

Əvvəla, bilin ki, manatın məzənnəsi ilə bağlı qısamüddətli proqnoz vermək çox çətindir. Çünki burada inzibati amil, yəni Mərkəzi Bankın istəyi həlledicidir. Buna görə də ən yaxşı halda 6 aylıq proqnoz, normal halda isə azı 1 illik proqnoz vermək olar. Uzunmüddətli perspektivdə isə Mərkəzi Bankın inzibati resursu çox məhduddur və hər şeyi bazar həll edir.

Qeyd edilənləri nəzərə alaraq, bilin ki, ilin sonunadək manat hələ xeyli ucuzlaşacaq. Səbəbi də bəllidir: valyuta gəlirlərimiz azalır. Azalan əmtəənin qiyməti isə bahalaşmağa məhkumdur. Neftin qiymətinin artmaması (yəqin ki, yenə düşəcək) və neft hasilatımızın azalması, üstəgəl yaşadığımız iqtisadi böhran valyuta gəlirlərimizi azaldır və azaldacaq. İstehlak etdiyimiz əksər malları xaricdən dollarla əldə etdiyimiz üçün qiymət artımının davamı da qaçılmazdır. Ucuzlaşma yalnız daşınmaz əmlak bazarında olacaq, özü də kəskin şəkildə, çünki həmin bazardakı yüksək qiymətlər dollar bolluğu nəticəsində şişmənin nəticəsidir. Buna görə də hazırda daşınmaz əmlak almaq məsləhət deyil, hətta qiymət sizə əlverişli görünsə də. Bəli, dünənki qiymətlə müqayisədə indi qiymətlər ucuzdur, amma sabahkı qiymətlərlə müqayisədə hələ də xeyli bahadır.

Təbii, uzunmüddətli pul ehtiyatınızı xarici valyutada (dollar, avro, funt, İsveçrə frankı) saxlamaq məsləhətdir. Amma azı 1-2 aylıq xərcinizi manatda saxlayın! Son manatınızı xarici valyutaya çevirməyin. Çünki böyük ehtimalla sürətlə davam edən cari devalvasiya yaxında bir müddət (bir neçə aylıq) dayanacaq və hətta ola bilsin ki, manat bir az bahalaşacaq da (Mərkəzi Bank da deyəcək ki, «Görürsüz, manat istədiyi tərəfə üzür!»). Nəticədə sizə manat lazım olanda, onu daha baha alacaqsız.

Hər bir halda yuxarıdakı əsas məsələni unutmayın: qısamüddətli (1-6 ay) perspektivdə hər şey ola bilər. Uzunmüddətli perspektivi rəhbər tutun!

Dollar krediti olanlara tövsiyəm də dəyişməzdir: məhkəmələrdə mübarizə aparmalı, bankları çərlədərək güzəştlərə getməyə məcbur etməlisiz. Başqa yolunuz yoxdur! 2015-ci ildən bəri yazıram: vaxt bankların əleyhinə, borcluların lehinə işləyir. Ən azı ona görə ki, banklar zəifləyir və tam məhv olmamaq üçün kompromisə getməyə məcbur olur. Dollar borcları məsələsinə yaxında ayrıca toxunacağam...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)