vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 20 noyabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9377 AZN
1 Rusiya rublu 1 RUB = 0.0257 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1803 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3178 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
BANK, BİRJA, SIĞORTA  
12:52 | 1 noyabr 2018 | Cümə axşamı Məqaləyə 876 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Accessbank” daşınmaz əmlak şirkətinə çevrilir?

Əmanətçiləri əmlak alıcıları ilə əvəzləməcək siyasəti

Əkrəm HƏSƏNOV

Xəbər verdiyim kimi, beynəlxalq maliyyə qurumlarına (Dünya Bankı və s.) məxsus olan və “Sizin yerli Avropa bankınız” şüarı altında fəaliyyət göstərən “Accessbank” sahibkar borcalanlarına dair kütləvi olaraq hüquq-mühafizə orqanlarına şikayət edib.

Şikayətə borcalanların “qara mühasibat”ını (həmin sənədlərin borcalana mənsub olub-olmaması başqa mövzudur) qoşaraq onları qanunsuz kredit almaqda ittiham edib. Hüquq-mühafizə orqanları da həmin sahibkarlara qarşı cinayət işi açaraq, bəzilərini isə hətta həbs edərək, dərhal kreditlərin ödənilməsini tələb edib (ya da əmlaklarını bankın mülkiyyətinə verməyi). Guya həmin sahibkarlar krediti alarkən bankı aldadıblar (halbuki, bu kreditlər üzrə lazım olduğundan da çox girov qoyulub). Təbii, aydın məsələdir ki, reallıqda bankın özü qanunsuz kreditlər verib (“qara mühasibat” hesab etdiyi sənədlər əsasında necə kredit verib axı?), hüquqşünaslarının savadsızlığı ucbatından yol verdiyi səhvlərə görə məhkəmə proseslərini uduzur, ağır vəziyyətə düşüb və məhz buna görə də hüquq-mühafizə orqanlarına üz tutub (borcun qaytarılmasına dair məhkəmə işləri gedə-gedə). Lakin nədənsə hüquq-mühafizə orqanları bankın işçilərinə heç irad da tutmur, amma sahibkarlara şiddətli təzyiq göstərir. Heç müflis bankların verdiyi kreditləri qaytarmaq üçün hüquq-mühafizə orqanları belə canfəşanlıq etmir. Görəsən niyə?..

Xatırladıram ki, “Accessbank” ölkəmizdə yeganə bankdır ki, kreditləri əsasən yalnız dollarla, özü də çox yüksək faiz dərəcəsi ilə verib, devalvasiyadan sonra isə faktiki olaraq güzəştlər etməyib (digər banklarımızdan fərqli olaraq). Nəticədə borcalan sahibkarların biznesini çökdürüb və onlar da kreditləri ödəyə bilmir (kifayət qədər nağd pulları yoxdur). Amma həmin kreditlər üzrə qiymətli girovlar var. Bank məhkəmə proseslərinin bitməsini və girovlara tutmanın yönəldilməsini (satılmasını) gözləmədən borcalanlara təklif edirdi ki, girov predmetlərini indidən bankın adına keçirsinlər. Halbuki, həmin girovların qiyməti, bir qayda olaraq, qalıq borcdan xeyli çoxdur. Buna görə də borcalanlar buna getmirdi: haqlı olaraq deyirdilər ki, məhkəmə bitsin, girovlar satılsın, pulunuzu götürün, qalanını da bizə verin.

Lakin indi hüquq-mühafizə orqanlarının köməyi ilə “Accessbank” tədricən girovların (əsasən daşınmaz əmlakların) onun adına keçirilməsinə nail olur. Qalıq borcdan xeyli qiymətli girovlar bankın balansına keçir. Səbəb sadədir: borclu sahibkarlar cinayət işindən, həbsdən qorxur. Təqsirsiz olmalarını sübut etməyə isə ümid etmirlər. Deyirlər ki, qanunsuz kredit verənlərə qarşı cinayət işi açılmırsa, əvəzində bizə divan tutulursa, haqqımızı necə tələb edə bilərik ki?! Bir sözlə, ölkədə sahibkarlığa yaradılan şəraitdən narazıdırlar!

Nəticədə “Accessbank” yavaş-yavaş xeyli daşınmaz əmlaka (girovları dəyər-dəyməzə adına keçirməklə) malik olur. Sanki bank deyil, daşınmaz əmlak şirkətidir. Son günlər bəyan etdiyi müsbət maliyyə göstəriciləri də böyük ehtimalla elə bununla bağlıdır. Ümumiyyətlə, bu mənfi fonda “Accessbank” çalışır ki, ictimaiyyətdə özünə müsbət imic yaratsın. Amma yəqin ki, bu səylər əbəsdir. Çünki müştərilərinin “qara mühasibat”ını hüquq-mühafizə orqanlarına ötürən bankdan bundan sonra kredit götürmək istəyən çox olmayacaq. Bu qədər qanunsuz kredit verdiyini etiraf edən bankın əmanətçi problemi də yarana bilər (əmanətçilərin pulu qanunsuz kreditlərə xərclənir). Lakin yəqin ki, bundan sonra “Accessbank”ın əmanətçi və borcalan müştərilərə ehtiyacı da çox olmayacaq. Çünki əsas aktivi pul deyil, daşınmaz əmlakdır. Odur ki, müştəriləri də alıcılar olacaq. Odur ki, daşınmaz əmlak maklerlərinin yeni iri müştərisi peyda olub – “Accessbank”. Təsadüfi deyil ki, bu yaxınlarda sözügedən bank beynəlxalq reytinq agentliyinin xidmətindən də imtina etdi. Bank kimi fəaliyyəti tükənirsə, nəyinə lazımdır reytinq?! Özü də nəzərə alaraq ki, son reytinqi çox aşağı və müflislik ehtimalının yüksək olduğunu ehtiva edən idi...

P.S. Fikir vermişəm ki, yerli mətbuatımız “Accessbank”ın əməlləri haqda az yazır. Vaxtilə sahibkarlarımızı şirnikləndirdikləri kimi mətbuatla da işləməyi bacarırlar. Mütləq obyektivliyə iddialı olan və baş ofisləri Avropada yerləşən mətbuatımız isə ümumiyyətlə bu bankın əməlləri barədə susur. Niyə? Ona görə ki, sahibləri elə eyni dairələrdir. Odur ki, onların nə qədər “demokratik” və “obyektiv” olduğunu bilin. Yerli kapitallı bankımız hansısa borclunun əmlakını məhkəmə yolu ilə qanuni satdırdıqda, həmin bu mətbuat bar-bar bağırır. İndi isə susurlar. Çünki məqsədləri ölkəmizə deyil, sahibləri olduğu xarici dairələrə xidmət etməkdir...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)