vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 19 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9292 AZN
1 Rusiya rublu 1 RUB = 0.0255 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1461 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3157 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
22:19 | 27 dekabr 2017 | Çərşənbə Məqaləyə 1045 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bu il mənfəət vergisi az yığıla bilər

Səbəb nağdlaşdırma üzrə sadələşdirilmiş vergidir

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Hüquqi şəxslərin mənfəət vergisi vergi daxilolmalarında təxmini 25 faiz təşkil edərək Əlavə Dəyər Vergisindən (ƏDV) sonra 2-ci yeri tutur. Vaxt var idi 35 faizlə 1-ci yerdə idi. Ola bilər ki, bu ilin nəticələri üzrə göstərici daha da aşağı olsun (proqnoza görə 2,179 milyon manat yığılmalıdır). Səbəb: nağdlaşdırma üzrə 1 faiz dərəcəsi ilə tutulan sadələşdirilmiş vergidir. Belə ki, Vergi Məcəlləsinin 219.5-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs mənfəət vergisinin ödəyicisi deyil. Deməli, hüquqi şəxs mənfəətinin bank hesabından nağd çıxarılan hissəsi üzrə 1 faiz sadələşdirilmiş vergi ödənilirsə, həmin məbləğ üzrə artıq 20 faiz dərəcəli mənfəət vergisi ödənilməməlidir. Təbii, 19 faiz vergi qənaəti məqsədi ilə istənilən hüquqi şəxs sözügedən addımı ata bilər və bu da tam qanuni olacaq, nəticədə dövlət büdcəsi xeyli gəlirdən məhrum ola bilər.

Məsələn, tutaq ki, hüquqi şəxsin 150.000 manat mənfəəti var. Adi qaydada 30.000 manat (20 faiz) mənfəət vergisi ödəməlidir. Amma 100.000 manat nağdlaşdırılıb və buna görə 1 faiz dərəcəsi ilə 1.000 manat sadələşdirilmiş vergi ödənilib. Deməli, həmin 100.000 manat üzrə mənfəət vergisi ödənilməyəcək, yalnız 50.000 manat üzrə 10.000 manat ödəniləcək. Nəticədə büdcə 30.000 manat əvəzinə cəmi 11.000 manat qazanmış olacaq. Təbii, hüquqi şəxs mənfəətinin hamısını da nağdlaşdıra bilər və bu halda mənfəət vergisi heç ödənilməyəcək. Gətirdiyim misal üzrə 150.000 manatın hamısı nağdlaşdırılsa, cəmi 1.500 manat sadələşdirilmiş vergi ödəniləcək. Başqa sözlə, büdcə 30.000 manat əvəzinə cəmi 1.500 manat qazanmış olacaq.

Bütün bunlar nağdlaşdırma üzrə 1 faiz dərəcəsi ilə tutulan sadələşdirilmiş verginin hüquqi qanunsuzluğu və məntiqi absurdluğu ilə yanaşı, iqtisadi cəhətdən nə qədər əsassız və zərərli olduğunu bir daha göstərir. Bu barədə dəfələrlə fikrimi bildirmişəm və növbəti ildə də həmin verginin qanunsuz elan edilməsi üzrə mübarizəni davam etdirəcəyəm...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)