
Sərəncamdan üç ay keçdi
Üç milyondan artıq vətəndaşın gözlədiyi artım
Üç milyondan artıq vətəndaşın gözlədiyi artım
Rəsmi təkliflər bu həftə təqdim ediləcək
Birdəfəlik 1200 manat, aylıq 250 manat ödəniləcək şəxslər müəyyənləşdi
Mənzil alanda faizin geri qaytarılması şərtləri necədir?
Kimlər nağdsız ödəmədə ƏDV-nin 30 faizini geri alacaq?
Aztəminatlı ailələrə yardım üçün mexanizm hazırlanmalıdır
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
Əli Əsədov fərman imzaladı
Ödənilmiş ƏDV-nin 30 faizi geri qaytarılacaq
ƏDV-dən azad olunan çap məhsulları
Konseptual sənədlərin layihələrini kim gecikdirir?
Ödənişli istifadə qaydaları ilə bağlı yeni qərara sözardı...
Alkoqol və tütün məhsullarının idxalı qanunu dəyişir - 2 dəfə azaldıldı
“Əyalət padşahları” kresloya “əlvida” deyəcək
Köhnələrdən şikayətləri araşdırmağa gedirlər
Milli Məclisin daha bir neçə deputatına yüksək vəzifə verilə bilər
Nəhayət, bu gün vacib istiqamətlərdin biri 18 faiz ƏDV-dən azad edildi.
Azərbaycan dilində lazımı kitabların tapılması müstəqilliyin ilk günlərdən başlayaraq, son illərə qədər ciddi problem olaraq qalır. Səbəb bir deyil: tərcümə problem, termin problemi, oxucu azlığı və istəksizliyi.
Ən böyük problem isə maliyyə problem idi. İstər tərcümə edilən, istərsə də yeni yazılan kitabların ərsəyə gəlməsi üçün xeyli vəsait lazım olur. Yuxarı maya dəyəri və bərbad satış səviyyəsi kitab sənayesini torpaqda sürüdür. Buna görə də zaman-zaman həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının ƏDV-dən azad edilməli olduğunu deyirdik.
Bu gün Nazirlər Kabineti məhz həmin qərarı təsdiqləməklə kitabsevərləri sevindirdi.
Düzdür, cənab Prezident tərəfindən 2021-ci ilin dekabrında Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişiklikdən sonra bu qərar gözlənilirdi. Çünki, ƏDV-dən azad edilən mal və məhsulların siyahının təsdiqlənməsi Nazirlər Kabinetinə tapşırılmışdı. (ƏDV-dən azad olunan məhsulların siyahını şərh bölməsində qeyd edəcəm. Uşaq ədəbiyyatı, məktəb üçün müəyyən vəsaitlər və s. məhsullarla zəngin bir siyahıdır).
Beləcə kitabsevərlər sevinəcək. Fərq etməz ki, kitabı satdığı üçün sevirlər, ya oxuduqları üçün, əsas odur ki, kitab satana da, onu oxuyana da faydası olacaq. Çap mediası məhsullarının maya dəyərini və onların istehsal xərclərini azaltmaqla kitabsənayesinin inkişafına təkan verəcək. Hər halda ilkin ehtimal budur. Çünki ƏDV-dən azad etmə bir sahənin inkişafı üçün ən yaxşı dəstək formasıdır.
Amma insanların telefonlardan və tik-tokdan gözünü ayırıb kitab oxumaq həvəsi artmasa, nəinki ƏDV-dən azad etmək, heç subsidiyalaşdırmaq da kitab sənayesini inkişaf etdirə bilməz.