
Vergilərdən mədəniyyətə jest
Gələn aydan bu ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq
Gələn aydan bu ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq
Mənzil alanda faizin geri qaytarılması şərtləri necədir?
Kimlər nağdsız ödəmədə ƏDV-nin 30 faizini geri alacaq?
Aztəminatlı ailələrə yardım üçün mexanizm hazırlanmalıdır
Ödənilmiş ƏDV-nin 30 faizi geri qaytarılacaq
Vacib məsələ həll olundu, qaldı – tərcümə, termin, oxucu azlığı və istəksizliyi problemi
ƏDV-dən azad olunan çap məhsulları
Səbəb nağdlaşdırma üzrə sadələşdirilmiş vergidir
Banklarda nağdlaşdırmaya qarşı qoyulan limit...
Fazil Məmmədov muğan bölgəsində olub, 5 rayonun sahibkarlarının şikayətlərini dinləyib
...Yoxsa borcların əsas hissəsinin ödənilməsi qrafiki?
«Milyonlarla pulu olan var ki, xəstələrinə 5 tibb bacısı gəlib xidmət edir»
Zərərlə işləyən müəssisələrin sayı artır
Ərzaq 12.7, qeyri-ərzaq 15.9, xidmətlər 5.2 faiz olub
«Düzdür qanun qüvvədədir, amma ...»
İlk yerləri Danimarka, Belçika və Fransa vətəndaşları tütür
Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, sabahdan (iyulun 1-i) mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır. Yeni dəyişikliklərdə məqsəd daha çox sərmayələr cəlb etməklə bu sektorun inkişafını stimullaşdırmaqdır. Eyni zamanda, bu mədəniyyət sektorunda bir sıra xidmətlərin xərclərinin azalmasına və eləcə də qiymətin aşağı düşməsinə səbəb ola bilər.
Artıq sabahdan teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi (“ƏDV cashback”) geri qaytarılacaq. Yəni, mədəniyyət xidmətləri üzrə də keşbək tətbiq olunacaq.
Digər dəyişiklik mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam, mənfəət (gəlir) vergisindən 90 faiz azadolma verilməsidir. Eyni zamanda, mənfəət (gəlir) vergisi üzrə güzəştin həcmi artırılaraq 75 faiz güzəşt 90 faizə qaldırıldı. Mövcud qanunveiriclik ilə güzəşt verilən subyektlərin sayı 1-dən 5-ə çatdırılıb. Güzəştdən istifadə edənlərin siyahısına teatr, muzey, simfonik orkestr və film prodüseri da əlavə edilib.