“Çin ABŞ şirkətləri üçün bazarını daha da açacaq”
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
10:41 | 30 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 212 dəfə baxılıb
Şriftin ölçüsü
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Gizli əməliyyat Tehranın hücumlarına cavab xarakteri daşıyıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
“Hizbullah”la əlaqədə şübhəli bilinən 21 şəxs və qurum sanksiya siyahısına salındı
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
Vergi güzəştləri üçün əlavə mənbə var
ABŞ və Böyük Britaniyanın qara siyahısına düşənlər arasında Çin şirkətləri də var
İrandan Avropa ölkələrinə xəbərdarlıq
12 günlük müharibədən sonra İsrail və İran arasında atəşkəs davam edərkən, İran ABŞ-la danışıqların nəticəsi ilə bağlı açıqlama verib. Böyük Britaniyanın BBC kanalına müsahibə verən İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançı deyib ki, ABŞ İranla diplomatik danışıqların davam etməsini istəyirsə, İrana qarşı növbəti hücuma keçməməlidir.
ABŞ-İran nüvə danışıqları davam edərkən İsrailin İrana qarşı başlatdığı hücumlara ABŞ-ın qoşulması və İranın nüvə obyektlərinə zərbə endirməsi həm iki ölkə arasında gərginliyi artırır, həm də danışıqların nəticəsi ilə bağlı qeyri-müəyyənlik yaradır.
İran xarici işlər nazirinin müavini deyib ki, ABŞ-dakı Donald Tramp administrasiyası vasitəçilər vasitəsilə danışıqlara qayıtmaq istədiklərini çatdırıb, lakin “çox vacib bir suala” “açıq şəkildə yanaşmalarını” bildirməyiblər. Taxt-Rəvançının sözlərinə görə, söhbət danışıqların davam etdiyi bir vaxtda ABŞ-ın növbəti hücuma keçib-keçməyəcəyindən gedir.
İran xarici işlər nazirinin müavini həmçinin İranın uranı dinc məqsədlərlə zənginləşdirmək imkanında “israr edəcəyini” vurğulayıb və İranın gizli şəkildə nüvə bombası əldə etməyə doğru getdiyi iddialarını təkzib edib. Nazir müavini bildirib ki, İranın tədqiqat proqramı üçün nüvə materialına çıxışına icazə verilməyib və bu səbəbdən onlar özlərinə güvənməli olublar.
“Bunun səviyyəsini, tutumunu müzakirə etmək olar, amma zənginləşdirməniz sıfır olmalıdır, bunu qəbul etməsəniz, sizi bombalayacağıq demək cəngəllik qanunudur”.
***
İranın atəşkəsdən sonra əməkdaşlığı dayandırdığı Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi İranın aylar ərzində uranın zənginləşdirilməsini bərpa etmək gücünə malik olduğunu bildirib. İran xarici işlər nazirinin müavini isə bunun belə olub-olmayacağını deyib.
ABŞ prezidenti Tramp İranla danışıqların bu həftə baş tuta biləcəyinə işarə etsə də, iranlı diplomat deyib ki, ABŞ-la danışıqlara mümkün qayıdış üçün dəqiq tarix yoxdur və gündəmdə nələrin olacağını bilmir. “Hazırda biz bu suala cavab axtarırıq: Dialoqa girərkən növbəti aqressiv hərəkətlə üzləşəcəyikmi?”, – deyə Taxt-Rəvançı bildirib.
Nazir müavini əlavə edib ki, ABŞ çox vacib sualı və belə bir dialoq üçün zəruri olan etimadı yaratmaq üçün onlara nə təklif edəcəyini çox aydın şəkildə bilməlidir.
İranın nüvə proqramını hər hansı bir razılaşmanın bir hissəsi kimi, ehtimal ki, sanksiyaların aradan qaldırılması və ölkəyə sərmayə qoyuluşu müqabilində yenidən nəzərdən keçirəcəyi sualına, Taxt-Rəvançi “Biz niyə belə bir təklifi qəbul edək?”, – deyib.
İranlı diplomat əlavə edib ki, onun ölkəsinin proqramı, o cümlədən uranın 60 faizə qədər zənginləşdirilməsi dinc məqsədlidir.
Avropa və Qərb liderlərinin İrana inamının olmaması ilə bağlı şərhlərə cavab olaraq nazir müavini deyib ki, bəzi Avropa liderləri ABŞ və İsrailin hücumlarını absurd şəkildə bəyənirlər.
Taxt-Rəvançi İranın nüvə proqramını tənqid edənlərin İranın gördüyü rəftarı və ABŞ və İsraili tənqid etməli olduğunu tələb edərək, “Əgər ABŞ-ı tənqid etməyə ürəkləri yoxdursa, susmalı və təcavüzü qanuniləşdirməyə çalışmamalıdırlar”, – deyib.
İran xarici işlər nazirinin müavini ABŞ-dan vasitəçilər vasitəsilə mesaj aldıqlarını və sözügedən mesajlarda ABŞ-ın İranın dini lideri Əli Xameneyini hədəf alaraq İranda rejim dəyişikliyinə cəhd etmək istəmədiyini bildirib.
İsrailin baş naziri Benyamin Netanyahu, hücumlar davam edərkən iranlıları “azadlıq üçün ayağa qalxmağa” çağırıb və bu onların Xameneyini “devirə” biləcəyini göstərib. Tramp atəşkəsdən sonra oxşar tələbi dilə gətirməyib. İranlı diplomat bunun baş verməyəcəyini və bu ideyanın boş bir cəhd olduğunu da bildirib.
Taxt-Rəvançi, “Bəzi iranlılar hökumətin bəzi hərəkətlərini tənqid edə bilərlər, lakin xarici təcavüzə gəldikdə, buna qarşı çıxmaq üçün birləşirlər”, – deyib.
Nazir müavini İsraillə atəşkəsin davam edib-etməyəcəyinin çox aydın olmadığını və İranın onlara qarşı hərbi hücum olmadığı müddətcə atəşkəsi davam etdirəcəyini bildirib.
İranın körfəzdəki ərəb müttəfiqlərinin dialoq məqsədilə lazımi mühiti yaratmaq üçün əllərindən gələni etdiklərini bildirən İran rəsmisi, “Biz müharibə istəmirik. Biz dialoq və diplomatiya ilə məşğul olmaq istəyirik, lakin bir daha təəccüblənməmək üçün hazırlıqlı və ehtiyatlı olmalıyıq”, – dedi.