Qrenlandiya kiçilir və sürüşür
Günahkar iqlim dəyişikliyidir?
10:28 | 30 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 144 dəfə baxılıb
Şriftin ölçüsü
Günahkar iqlim dəyişikliyidir?
Qlobal meşə hesabatı həyəcan təbili çalır
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Şirlərin hücumuna məruz qaldı
“Deportasiya qoxusunu sevirəm”
İqlim böhranının yeni təhlükəsi
Avropada meşə yanğınları rekorda çatdı
Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
“İstefa etməsə, vəzifəsindən kənarlaşdıracağam”
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
Çimərliklər bağlandı
ABŞ-ın Aydaho ştatında yanğına müdaxilə edən yanğınsöndürənlərə atəş açılıb. Snayper pusqusunun təşkil edildiyi bildirilən hücumda iki yanğınsöndürənin həlak olduğu açıqlanıb. ABŞ mətbuatına əks olunan xəbərlərdə silah səslərinin saatlarla davam etdiyi bildirilir.
Kutenay Kounti polis idarəsi şübhəlinin yanında silahla ölü tapıldığını bildirib. Səlahiyyətlilər hücumçunun adını və onun hansı silah növündən istifadə etdiyi barədə təfərrüatları açıqlamayıb. Kutenay polisi hücumla bağlı bəyanatında bildirib ki, ilkin tapıntılar hücumun tək bir şəxs tərəfindən həyata keçirildiyini və ictimaiyyət üçün heç bir təhlükənin olmadığını göstərir.
Polisdən verilən məlumata görə, yanğınsöndürmə briqadaları Kanfild dağı ərazisində baş verən yanğınla əlaqədar iyun 29-da yerli vaxtla saat 13:30 radələrində hadisə yerinə müdaxilə edib. Təxminən yarım saat sonra ərazidə silah səsləri eşidilməyə başlanıb.
“Kootenai Health”in sözçüsü Kim Anderson xəstəxanaya çatdırılan iki nəfərin öldüyünü, üçüncünün isə müalicə aldığını açıqlayıb. Polis üçüncü yanğınsöndürənin həyatı uğrunda mübarizə apardığını, lakin vəziyyətinin stabil olduğunu deyib.
Ştatın qubernatoru Bred Littl də hücumdan dərhal sonra verdiyi açıqlamada birdən çox yanğınsöndürənin hücuma məruz qaldığını bildirib. Littl sosial mediada “Bu, cəsur yanğınsöndürənlərimizə birbaşa, qəddar hücumdur. Bütün Aydaholulardan xahiş edirəm ki, biz daha çox öyrənməyi gözlədiyimiz üçün onlar və ailələri üçün dua etsinlər”, – deyib.
Hücumun motivinin hələ aydın olmadığını deyən polis rəisi Bob Norris, snayperin gizlənərək güclü tüfənglə hücuma keçdiyini və cavab atəşi əmrini verdiyini bildirib.