vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9326 AZN
1 Rusiya rublu 1 RUB = 0.0255 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1384 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3191 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BANK, BİRJA, SIĞORTA  
11:47 | 22 noyabr 2018 | Cümə axşamı Məqaləyə 540 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bankirlər niyə mükafatandırılmır?

Sərt tələblər yumşaldılsa, deməli, növbəti böhran yaxındadır

Əkrəm HƏSƏNOV

Azərbaycanda ən yüksək əmək haqqı alanlar sırasında bank rəhbərliyi (əsasən Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri) xüsusi yer tutur. Maaşları da yüksəkdir, mükafatları (bonus) da (rüşvət alanlar da var təbii, amma son zamanlar bu hallar azalıb). Bank sektorumuzun bum dövründə bəzi bank inzibatçıları “dahi bankir” və s. kimi imic qazanmışdılar. Nədir-nədir, kimə və necə gəldi kredit verərək (və özlərini ağıllı göstərərək boşboğazlıq edərək) və digər yüksək riskli fəaliyyətə rəvac verərək işlədiyi bankların aktivlərini şişirtmiş və əvəzində bank sahiblərindən dərhal iri mükafatlar almışdılar. Problemli kreditlərin də yaranmasının səbəblərindən biri bu başabəla menecerlərdir. Hər hansı fəaliyyətin real keyfiyyəti azı 3-5 il ərzində məlum olur. Buna görə də həmin şəxslər bir yerdə zibillərinin üstü açılmamış və mükafatlarını aldıqdan sonra başqa banka keçirdilər (təbii, daha yüksək vəzifəyə, maaşa və mükafata). Kəpənək kimi vaxtaşırı yeni bankların üzərinə qonurdular. Elə indi də qonurlar, özü də ancaq bankların deyil, hətta dövlət qurumlarının da üzərinə. Çünki özlərinə “ad” qazanıblar. Bu “ad”ın sabun köpüyü olduğunu isə çoxu bilmir.

Amma son illərdə həmin başabəla menecerlər yüksək maaş alsa da, istədikləri mükafatı ala bilmirlər. Çünki əvvəla, bankların kredit fəaliyyəti aktiv deyildi. Həmin fəaliyyət bu il qismən yenə də artıb. Bununla belə, yenə də mükafat ala bilmirlər. Niyə? Ona görə ki, “Banklarda korporativ idarəetmə standartları”nın 2016-cı ildən qüvvədə olan 12-1-ci bəndində mükafatlandırma prosesinə dair kifayət qədər sərt (tam əsaslı olaraq!) tələblər müəyyən edilib. Belə ki, məsələn:

1) il ərzində verilən mükafatların ümumi həcmi inzibatçıya il ərzində ödənilən əmək haqqının ümumi məbləğinin 2 mislindən artıq ola bilməz;

2) mükafatın verilməsi barədə qərar ildə bir dəfə qəbul edilir; bu zaman bank maliyyə ilinin nəticələrinə görə xalis mənfəət əldə etməli, habelə bankın göstəriciləri prudensial normativlərə uyğun olmalıdır;

3) mükafatın ən azı 60 faizinin ödənişi təxirə salınır və növbəti 3 il ərzində bərabər hissələrlə ödənilir (yəni sonrakı illərdə bankın fəaliyyəti uğursuz olsa, başqa sözlə, inzibatçının zibilinin üstü açılsa, mükafat ödənilməyəcək!).

Başqa tələblər də var. Amma elə vurğulanlara nəzər yetirmək kifayətdir ki, başa düşək: bu gün bank menecerlərinin mütləq əksəriyyətinə heç bir mükafat düşmür. Çünki bankların çoxunun fəaliyyəti uğursuzdur. Nisbətən uğurlu fəaliyyəti olan bankların rəhbərliyi isə sözügedən tələblərə görə ani olaraq yüksək mükafat ala bilməz. Və bu, çox yaxşı haldır! Çünki bu başabəla menecerlərin növbəti yüksək riskli fəaliyyəti (qısamüddətli yüksək qazanc əldə etmək üçün) bank sistemimizi tam çökdürə bilər. Buna görə də dövlətimiz bank inzibatçılarının mükafatlandırılmasına dair tələbləri yumşaltmamalı, hətta sərtləşdirməlidir də! Əks halda, bizi daha ağır böhran gözləyəcək...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)