vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 19 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9292 AZN
1 Rusiya rublu 1 RUB = 0.0255 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1461 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3157 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BANK, BİRJA, SIĞORTA  
13:32 | 18 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 1613 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sizi sadəcə aldadıb əlavə pul qoparacaqlar

Korrupsion sövdələşmələrə getməyin, dələduzların vədlərinə inanmayın, haqqınızı tələb edin!

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Son vaxtlar ləğv prosesində olan müflis bankların (məsələn, «Texnikabank», «Zaminbank» və s.) kreditorları (əmanətçiləri) mənə tez-tez müraciət edir. Deyirlər ki, bankda qalmış pulları haqda səs-soraq yoxdur, ləğvedici olan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) onlara heç bir məlumat vermir. Müflis olmuş ən iri bankın – «Bank Standard»ın Kreditorlar Komitəsinin sədri kimi onlara da yardım etməyimi xahiş edirlər. Bununla bağlı aşağıdakıları bildirirəm.

Əvvəla, bankda pulu qalmış şəxslərə müraciət edərək deyirəm: sizə verilən vədlərə inanmayın, korrupsion sövdələşmələrə getməyin. O cümlədən arada gəzən adamların, dələduzların sözlərinə. Söz gəzir ki, kreditorlara müxtəlif təkliflər olur. Məsələn: «gedək işini düzəldək, amma pulunun filan qədər faizi bizimdir». Yaxud: «bankı (və ya ƏSF-i) məhkəməyə verək, pulunu qaytaraq» və s. və i.a. Bütün bunlar boş şeydir! Sizi sadəcə aldadıb əlavə pul qoparacaqlar!

Amma eyni zamanda oturub gözləməklə də iş düzəlməyəcək. Bankın ləğv prosesi gedir, orada olan-qalan vəsaitin də başına daş salacaqlar və sizə heç nə qalmayacaq. Prosesi nəzarətə götürməlisiz. Bunun da yeganə yolu Kreditorlar Komitəsidir. ƏSF-in sabiq rəhbəri Azad Cavadov bütün müflis banklarda belə komitənin yaradılacağına söz vermişdi, amma cəmi 4 bankda yaradılıb. Tələb edin ki, sizin bank üzrə də yaradılsın. Komitə vasitəsilə ƏSF-in fəaliyyətinə nəzarət edin, ləğv prosesi üzrə məhkəmə prosesinə qoşulun. Yeganə yol budur!

Komitənin işini qurmaq da çətin olmayacaq: «Bank Standard»ın Kreditorlar Komitəsinin təcrübəsindən istifadə edərsiz. Mən həmin Komitənin işini ictimai əsaslarla (ödənişsiz) aparıram. Digər bankların kreditorlarına da bu işdə məsləhət verməyə hazıram. Əsas odur ki, birləşib təşkilatlanasız. Tək əldən səs çıxmaz! Gələcəkdə bütün kreditorlar komitələrinin əməkdaşlığı da məqsədəuyğundur!

Onu da qeyd edim ki, ƏSF da müflis bankların kreditorlarına dair vəzifələrini icra etmir. Belə ki, kreditorlar komitəsi olmadan belə, «Banklar haqqında» Qanunun 75.2-ci və 83.2-ci maddələrinə əsasən ƏSF rübdə bir dəfə kreditorlara bankın əmlak vəziyyəti və ləğv planı haqda məlumatı təqdim etməlidir. Amma etmir!

Bu işdə kreditorlara yardım məqsədi ilə ƏSF-ə müraciət formasını dərc edirəm. Sarı rənglə qeyd edilmiş hissələri özünüzə uyğunlaşdırıb göndərin.


Akram Hasanov adlı şəxsin şəkli.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)