vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
15:54 | 10 iyul 2019 | Çərşənbə Məqaləyə 2269 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dövlət qulluğunu şikəst edən DİM

Qəbul imtahanlarında köməkçi sözlər üzərində qurulan “test tapşırıqları” və “sertifikat biznesi”

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Ölkənin əsas problemlərindən biri məmurların keyfiyyətidir. Bunun da əsas səbəbi dövlət qulluğuna qəbulun qeyri-obyektiv və qeyri-şəffaf yollarla aparılması idi. Hazırda bu səbəbin təsiri azalıb: qəbul, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən test üsulu ilə aparılır. Lakin indi də başqa problem çıxıb: imtahanların və sualları hazırlayanların öz keyfiyyəti!

Belə ki, imtahanda verilən test tapşırıqlarının əhəmiyyətli hissəsi söz oyunu üzərində qurulur. Bu isə namizədi qanunvericiliyin mahiyyətini öyrənməyə yox, səthi olaraq əzbərləməyə kökləyir. Aydındır ki, bu qədər geniş qanunvericilik proqramını praktiki olaraq əzbərləmək mümkün deyil.

Test tapşırığının şərti verilən variantlar içərisindən doğru olanı tapmaqdan ibarətdir. Variantlarda isə müəyyən bir qanunvericilikdən hər hansısa maddə olduğu kimi götürülüb A, B, C və D variantlarına yerləşdirilir. Sadəcə 1 doğru variantdan başqa qalan digər variantlara cümlənin içərisinə “yalnız”, “amma”, “ancaq”, “digər”, “müvafiq” və s. kimi sözlər salınaraq (və ya həmin sözlər çıxardılaraq) namizədi çaşqın duruma salırlar. Tapşırığı oxuyan namizəd bu sualın bütün variantlarının doğru olduğunu hesab edir və beləliklə, yanlış cavab vermə ehtimalı artır. Və eyni zamanda test variantları arasında qanunun mahiyyətini dəyişməyən sinonim sözlərdən istifadəyə geniş yer verilməsi də namizədlərin “başağrısı” na çevrilib.

DİM-in öz saytında yerləşdirdiyi məlumata əsasən, cari ilin aprel ayında BA qrupu üzrə keçirilmiş test imtahanında iştirak etmiş 444 namizəddən yalnız 35 (8 faiz) nəfəri keçid minimumunu yığa bilib. Nəzərə alsaq ki, DİM publik hüquqi şəxs olduqdan sonra imtahanlar ödənişli (82-129 manat arası) əsaslarladır, onda məntiqi olaraq düşünmək olar ki, imtahanda iştirak edən 444 nəfərdən uzağı 1 faizi təsadüfi hazırlıqsız namizəd ola bilər. Qalan namizədlərin isə hazırlaşaraq imtahandan keçə bilməməyi bu məsələ barəsində ciddi suallar yaradır. Əslində 92 faiz neqativ göstəricinin nəticəsi araşdırılıb, məsələyə hüquqi qiymət verilməlidir. DİM-in təşkil etdiyi bu “test oyunu” namizədlərə kifayət qədər ciddi maliyyə və vaxt itkisinə başa gəlir. Hətta 8-ci dəfə imtahandan kəsilən namizədlər var.

Digər məsələ isə uğur qazanmış namizədlərə verilən sertifikatın qüvvədə olma müddəti ilə bağlıdır. Dövlət qulluğu haqqında qanuna əsasən sertifikatın qüvvədə olma müddəti 5 ildir və şəxs bu sertifikatını qüvvədə saxlamaq üçün hər 5 ildən bir olmaqla əlavə 2 dəfə imtahana girməlidir. Tamamilə absurd və DİM-in maliyyə gəlirlərinin təmin olunmasına hesablanmış yersiz bir maddədir. Sertifikat ömürlük olmalıdır. Bu heç də məmurların vaxtaşırı attestasiyasını istisna etmir...

P.S. Bütün bunların nə ilə nəticələnəcəyini deyim: gənc, savadlı, dürüst, yaradıcı kadrlar bütün bunlardan iyrənərək dövlət qulluğuna getməyəcək. Yenə qalacağıq SSRİ-nin mirası olan bisavad, əliəyri, kütbeyin məmurların əlində. Bəlkə DİM elə məhz bunu istəyir?..


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)