 
                                İmtahan fırıldağı
Texnologiyanın köməyi ilə qurulan yeni “biznes model”i ifşa olunub
 09:39 | 28 aprel 2025 | Bazar ertəsi
                Məqaləyə 178 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                09:39 | 28 aprel 2025 | Bazar ertəsi
                Məqaləyə 178 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                 
                                Texnologiyanın köməyi ilə qurulan yeni “biznes model”i ifşa olunub
 
                                İmtahanları yenidən düşünməliyik – ölçmək üçün deyil, dəyərləndirmək üçün
 
                                Riyaziyyat sualında növbəti texniki səhv nəyin göstəricisidir ...
 
                                Minlərlə savadlı uşaq laqeydlik və savadsızlıq üzündən gələcəyini itirir
 
                                Kommunikasiya bacarıqlarını qiymətləndirən çoxölçülü model yaradılmalıdır
 
                                10 mindən çox apelyasiya təkcə texniki deyil, sistemli problemlərin göstəricisidir
 
                                DİM-dən açıqlama
 
                                Mərkəz mübahisəli qərarlarını heç bir şəffaf nəzarət olmadan verməyə çalışır
 
                                Sadəcə texniki yanlışlıq deyil – səhlənkarlıq, məsuliyyətsizlik, tərbiyəsizlikdir
 
                                Dərslər yalnız test kitabçalarına uyğun tədris edilir; təlim-tərbiyə prosesi yoxa çıxır
 
                                Bütün təhsil prosesi bir nöqtəyə – bal toplamağa fokuslanıb
 
                                Xidmət haqqı nəyə görə alınır?
 
                                DİM keyfiyyətsiz sistemləri ilə abituriyentlərin gələcəyini riskə atır
 
                                Universitetlərin rolu sıfıra endirilib
 
                                “Boloniya” sistemi tədrisin təşkilinin formasıdır, məzmun və metodika deyil
 
                                Dünyadakı inkişafla ayaqlaşmayan DİM urvatsız testlərin tərtib edir
Azərbaycanda imtahanlar artıq təhsil sisteminin deyil, bütövlükdə cəmiyyətin hər gününü, gündəmini zəbt edib. Şagird üçün də, tələbə üçün də, magistr üçün də, işə qəbul olmaq istəyən üçün də, müəllim üçün də ən vacib mövzu – imtahandır. Bu qədər imtahan fetişizmi başqa heç bir ölkədə yoxdur. Hər qurum öz imtahanını “tək həqiqət” kimi təqdim edir, Dövlət İmtahan Mərkəzi (DİM) isə imtahanı təhsil və karyera uğurunun yeganə kriteriyasına çevirib.
Şagirdlər, müəllimlər, gənclər, hətta valideynlər ilboyu stres, təşviş və psixoloji gərginlik içində yaşayır. Hər imtahan öncəsi ölkədə kütləvi psixoz yaranır, uşaqların, gənclərin ruh sağlamlığı, həyat keyfiyyəti ciddi təhlükə altına düşür. İmtahanların sayının bu qədər çox olması, onların həyatın hər pilləsinə müdaxilə etməsi heç bir inkişaf göstəricisi deyil. Əksinə, bu, təhsilin mahiyyətinin, yaradıcı düşüncənin, insani və sosial dəyərlərin getdikcə sıradan çıxmasına, yalnız bal və nəticə “ovuna” çevrilməsinə səbəb olur.
Bundan da faciəlisi, bu qədər səs-küylü imtahanların nəticəsində təyinatlarda, işə qəbulda, təqaüd ayrılmasında şəxsiyyətlərə, şəxsi münasibətlərə, tanışlığa hələ də geniş yer verilir. Yəni, illərlə imtahan stressi, test ab-havası, psixoloji əzab nəticədə yenə də insan faktoru ilə “süzülür”. Dövlət İmtahan Mərkəzinin və digər qurumların imtahan keçirmək həvəsi Azərbaycan təhsilini, insan kapitalını yaradıcılıqdan, təşəbbüskarlıqdan, innovativlikdən uzaqlaşdırır.
DİM və digər imtahan mərkəzləri illərdir israr edir ki, məhz testlər obyektivliyi, şəffaflığı təmin edir. Ancaq reallıq budur: testlərlə ölçülən bilik həyatda tələb olunan bacarıqların, səriştələrin çox az hissəsini əhatə edir. Şagird yalnız test həll etməyi öyrənir, amma düşünməyi, araşdırmağı, müzakirə etməyi, yaradıcı yanaşmanı unudur. Hər gün imtahan, hər gün stress – nəticədə isə nə elmi kadr formalaşır, nə də motivasiyalı gənc cəmiyyətə qazandırılır.
Əgər nəticə yenə də şəxsi münasibətlər və insan faktoruna dayanacaqsa, bu qədər imtahanın, stressin, əsəbin, ailələrin sosial rifahına, uşaqların psixikasına vurulan zərərin nə mənası var? Əsl təhsil sistemi uşağı, gənci, insanı imtahandan imtahana qaçan deyil, azad, yaradıcı, düşünən, analitik və cəmiyyətə faydalı bir şəxsiyyət kimi yetişdirməlidir. Bu qədər imtahan asılılığını, test diktaturasını, DİM-in və digər qurumların “imtahan sevdasını” ciddi şəkildə tənqid edirəm. Təhsil sistemi insan yetişdirməlidir, robot yox!