
Müəllimlik ticarət olub
Bütün təhsil prosesi bir nöqtəyə – bal toplamağa fokuslanıb
Bütün təhsil prosesi bir nöqtəyə – bal toplamağa fokuslanıb
Xidmət haqqı nəyə görə alınır?
DİM keyfiyyətsiz sistemləri ilə abituriyentlərin gələcəyini riskə atır
Dünyadakı inkişafla ayaqlaşmayan DİM urvatsız testlərin tərtib edir
Müəllimləri imtahan etməkdən öncə öyrətmək lazımdır
DİM-dən xəbərdarlıq
Qəbul imtahanlarında köməkçi sözlər üzərində qurulan “test tapşırıqları” və “sertifikat biznesi”
Abituriyentlərin 700 bal toplaya bilməmə sirrinin açılması qalmaqal yaradıb
Qocaman alimdən Təhsil Nazirliyinə və DİM-ə mükəmməl imtahan sistemi təklifi
XXI əsrdə universitetlərinin pəncərələrindən səhərə qədər işıq gələn cəmiyyətlər irəli gedəcək
DİM rəhbərliyi Təhsil Nazirliyini və kurikulumu bəhanə edərək müstəqilliyin ən uğurlu nailiyyətini sıradan çıxarmaq istəyir
Nə baş verdi ki, DİM tələbə qəbulunda illərin sınağından çıxmış sistemdən imtina etməyə hazırlaşır?
Sabahdan boş qalan yerlərə ixtisas seçimi aparılacaq
Səsi ilə Azərbaycana səs salan çobana nə mane olur?
Məleykə Abbaszadə: «Pozuntu halları barədə Prezidentə məlumat veriləcək»
V qrup 26709 abituriyent üzrə biliyini sınayacaq
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin “Ali təhsil sistemi dəyişməlidir” tezisi ətrafında müzakirələr gedir.
Ali təhsil sistemi Azərbaycan Universitetlərinin “Boloniya” Bəyannəməsinə qoşulmasından sonra dəyişdi və bu tarixdən 17 il ötür. Əksər ixtisaslarda 4 illik bakalavr təhsili tətbiq olundu. Bundan sonra arzu edənlər təhsillərini 2 illik magistraturada davam etdirirlər. Maraqlı olan nədir? Avtomatik olaraq diplomlarımız Qərbdə tanındımı? Yox! Və inteqrasiya nəticəsində təhsilin keyfiyyəti aşağı düşdü. Bəlkə də elə bu səbəbdəndir ki, normal Akkreditasiya prosesi həyata keçirilmədi. Açıq danışsaq, buna bilərəkdən maneçilik törədildi. “Boloniya” sisteminə qoşulmuşuqsa, onda Ali Attestasiya Komissiyası nəyə gərəkdir? Yeni nəsil müəllimlər yetişməli və yeni nəsil dərsliklər yazılmalı idi. Vəziyyətin nə yerdə olduğunu hamı bilir. Cavabdeh şəxslər isə yalnız tezislər səsləndirirlər..
Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi müsahibələrinin birində deyir ki, “Boloniya” sistemi təhsilin keyfiyyətini aşağı saldı, ölkənin intellektual resurslarının xarici ölkələrə daşınmasına səbəb oldu. Belə məlum olur ki, “Boloniya” sistemi tədrisin təşkilinin formasıdır, məzmun və metodika deyil. Ali təhsil sistemi ya “Boloniya”dan imtina vasitəsilə, ya da bu sistemi olduğu kimi tətbiq etməklə dəyişə bilər. Biz nə imtina edə bilirik, nə də imitasiyalardan qaça bilirik. Tez-tez eşidirik ki, yaxın 5 ildə indiki ixtisaslar olmayacaq. Onda hansı ixtisaslar olacaq? Bunun da konturlarını cıza bilmirik. Ancaq dünyada bu istiqamətdə ciddi tədqiqatlar aparılır. İnformasiya texnologiyalarının digər elm sahələrinə nüfuz etməsi danılmazdır. 2030-cu ildə hansı elmlərin dominantlıq təşkil etməsi barədə proqnozları oxudum. Elə elm sahələridir ki, bunun üçün yalnız xaricdə mütəxəssis yetişdirmək lazımdır. Bizim Universitetlər indiki durumda buna hazır deyillər.
Məncə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri indiki qəbul prosesinin “yan effekti”ni təhlil etsə daha yaxşı olar. Belə bir qəbul prosesinin Ali təhsili dəyişdirmək gücünə malik olması barədə elmi təhlillər isə bizim üçün də maraqlı ola bilər...