
Təhsilə baxışın əsas göstəricisi
İmtahanları yenidən düşünməliyik – ölçmək üçün deyil, dəyərləndirmək üçün
İmtahanları yenidən düşünməliyik – ölçmək üçün deyil, dəyərləndirmək üçün
Riyaziyyat sualında növbəti texniki səhv nəyin göstəricisidir ...
Minlərlə savadlı uşaq laqeydlik və savadsızlıq üzündən gələcəyini itirir
10 mindən çox apelyasiya təkcə texniki deyil, sistemli problemlərin göstəricisidir
DİM-dən açıqlama
DİM prosesi təhsil və karyera uğurunun yeganə kriteriyasına çevirib
Mərkəz mübahisəli qərarlarını heç bir şəffaf nəzarət olmadan verməyə çalışır
Sadəcə texniki yanlışlıq deyil – səhlənkarlıq, məsuliyyətsizlik, tərbiyəsizlikdir
Xidmət haqqı nəyə görə alınır?
DİM keyfiyyətsiz sistemləri ilə abituriyentlərin gələcəyini riskə atır
Universitetlərin rolu sıfıra endirilib
Azərbaycanın uğurlu layihəsi qonşu ölkələrin də diqqətini çəkib
DİM rəhbərliyi Təhsil Nazirliyini və kurikulumu bəhanə edərək müstəqilliyin ən uğurlu nailiyyətini sıradan çıxarmaq istəyir
Nə baş verdi ki, DİM tələbə qəbulunda illərin sınağından çıxmış sistemdən imtina etməyə hazırlaşır?
Sabahdan boş qalan yerlərə ixtisas seçimi aparılacaq
V qrup 26709 abituriyent üzrə biliyini sınayacaq
Qəbul imtahanlarının – xüsusən də Azərbaycanın Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilən imtahanların – tələbələrin universitetdəki gələcək akademik uğurlarını proqnozlaşdırmaq bacarığı ilə bağlı müasir təhsil elminin gəldiyi nəticə budur ki, təkcə standartlaşdırılmış test nəticələri tələbənin akademik performansını tam şəkildə izah edə bilməz.
Əvvəla qeyd edim ki, beynəlxalq təcrübədə qəbul imtahanlarının proqnostik dəyəri (“predictive validity”) təhsil psixologiyası və ölçmə sahəsində əsas tədqiqat obyektidir. Misal üçün “Cambridge Assessment” təşkilatının araşdırmalarında qeyd edilir ki, qəbul imtahanları “moderate predictors” – yəni orta səviyyədə proqnostik vasitələrdir və onların proqnozlaşdırıcı dəyəri digər faktorlarla birgə nəzərdən keçirilməlidir (“Richardson, Abraham & Bond”, 2012). Məhz buna görə də inkişaf etmiş ölkələrin əksəriyyəti qəbul zamanı yalnız test nəticələrini deyil məktəb qiymətlərini, tövsiyə məktublarını, layihə işlərini və şagirdin şəxsi motivasiyasını da nəzərə alır.
Məktəb qiymətləri ilə bağlı çoxsaylı elmi tədqiqatlar göstərir ki, uzunmüddətli müşahidəyə əsaslanan göstəricilər – məsələn orta məktəbdə 3 il ərzində formalaşan qiymətlər – tələbənin universitetdəki performansını daha yüksək doğruluqla proqnozlaşdırır. ABŞ-da “National Association for College Admission Counseling” (NACAC) tərəfindən yayımlanmış 2019-cu il hesabatında məktəb GPA-sının qəbul imtahanlarından daha güclü proqnostik göstərici olduğu vurğulanır. Eyni zamanda, Geiser & Santelices (2007) tərəfindən aparılmış genişmiqyaslı araşdırmada göstərilir ki, “High school GPA is consistently the best predictor of college grades – better than SAT scores.”
Azərbaycanda isə təəssüf ki, qəbul sistemində məktəb qiymətləri praktik olaraq nəzərə alınmır. Halbuki müxtəlif sosial təbəqələrdən olan məktəblərdəki təhsil səviyyəsinin qeyri-bərabərliyi və repetitorluq kimi amillər qəbul imtahanlarının sosial ədalətlilik prinsipini sual altına alır. Bu da tələbənin gerçək potensialını ölçməkdə DİM nəticələrinin bəzən qeyri-dəqiq rol oynamasına gətirib çıxarır.
Bu səbəbdən aşağıdakı dörd göstərici əsasında təhlil aparılması xüsusilə vacibdir:
• Orta məktəb qiymətləri (GPA)
• DİM imtahan nəticələri
• Məktəbin demoqrafik xüsusiyyətləri (region, status, dövlət/özəl, tədris dili və s.)
• Universitetdə ilk kurs üzrə GPA
Belə təhlillər üçün “educational data mining” (EDM) və “learning analytics” metodologiyaları effektiv tətbiq vasitələridir. EDM vasitəsilə müxtəlif məlumat bazaları üzərində klaster analiz, korrelyasiya matrisi, çoxölçülü regresiya və təsadüfi meşə modelləri tətbiq edilməklə, hər bir amilin (DiM balı, məktəb qiyməti və s.) universitet nəticələrinə təsir gücü ölçülə bilər. Belə yanaşmalara dair nüfuzlu tədqiqatçılardan Rayan Beyker”, Corc Simens və Karolin Penşteyn Roze təhsildə data mədənçiliyinin tətbiqini geniş şəkildə izah etmişdir (Baker & Inventado, 2014; Siemens & Long, 2011).
Məsələn Finlandiya və Niderlandda qəbul imtahanı sistemi demək olar ki, yoxdur və universitetlər məktəb qiymətlərinə, şagirdin layihə işlərinə və sosial bacarıqlarına əsaslanır. Bu ölkələr PISA nəticələrində uzun illərdir liderdirlər. ABŞ-da isə SAT balı ilə universitet GPA arasında r=0.35–0.45 arası korrelyasiya tapılıb ki, bu da orta güclü əlaqə hesab olunur. Bu isə o deməkdir ki, yalnız qəbul imtahanına əsaslanan qərar qəbul edilməsi tələbənin real akademik potensialını lazımi səviyyədə proqnozlaşdırmır.
Deməyim odur ki, DİM-in imtahan nəticələri təkbaşına tələbənin universitetdəki uğurunu tam proqnozlaşdırmır. Bu nəticələrin doğruluğu, etibarlılığı və ədalətliliyi yalnız çoxfaktorlu təhlillərlə ölçülə bilər. Azərbaycan təhsil sistemi ədalətli və elmi əsaslı qəbul modelinə keçid etməlidir. Məktəb qiymətləri ilə birlikdə sosial və demoqrafik amilləri, abituriyentin təlim motivasiyasını, tənqidi düşüncə və kommunikasiya bacarıqlarını qiymətləndirən çoxölçülü model yaradılmalıdır.
Əks halda universitet auditoriyalarında DİM imtahanında yüksək bal toplamış, lakin davamiyyət problemi olan, layihə hazırlamaq bacarığı zəif, tənqidi düşüncəsi formalaşmayan tələbələrlə qarşılaşmağa davam edəcəyik. Qəbul sistemində yeganə ölçü vasitəsi kimi testin qalması isə nə ədalətli, nə də effektivdir. Bu artıq sadəcə bir pedaqoji problem deyil, təhsil siyasətinin transformasiyasına çağırışdır.