
Müəllimlik ticarət olub
Bütün təhsil prosesi bir nöqtəyə – bal toplamağa fokuslanıb
Bütün təhsil prosesi bir nöqtəyə – bal toplamağa fokuslanıb
Xidmət haqqı nəyə görə alınır?
DİM keyfiyyətsiz sistemləri ilə abituriyentlərin gələcəyini riskə atır
Universitetlərin rolu sıfıra endirilib
“Boloniya” sistemi tədrisin təşkilinin formasıdır, məzmun və metodika deyil
Dünyadakı inkişafla ayaqlaşmayan DİM urvatsız testlərin tərtib edir
Müəllimləri imtahan etməkdən öncə öyrətmək lazımdır
DİM-dən xəbərdarlıq
Qəbul imtahanlarında köməkçi sözlər üzərində qurulan “test tapşırıqları” və “sertifikat biznesi”
Abituriyentlərin 700 bal toplaya bilməmə sirrinin açılması qalmaqal yaradıb
Qocaman alimdən Təhsil Nazirliyinə və DİM-ə mükəmməl imtahan sistemi təklifi
Azərbaycanın uğurlu layihəsi qonşu ölkələrin də diqqətini çəkib
XXI əsrdə universitetlərinin pəncərələrindən səhərə qədər işıq gələn cəmiyyətlər irəli gedəcək
DİM rəhbərliyi Təhsil Nazirliyini və kurikulumu bəhanə edərək müstəqilliyin ən uğurlu nailiyyətini sıradan çıxarmaq istəyir
Sabahdan boş qalan yerlərə ixtisas seçimi aparılacaq
Səsi ilə Azərbaycana səs salan çobana nə mane olur?
Azərbaycanın müasir təhsil tarixində ən öyünüləsi sistem qəbul imtahanlarının testlə həyata keçirilməsidir. Bundan savayı ciddi uğurlara imza ata bilmədiyimiz, bu sahədə nəinki dünya, heç region çapında önə çıxmadığımız halda Dövlət İmtahan Mərkəzi (DİM) sədrinin ali məktəblərə tələbə qəbulunda test sisteminin ləğv ediləcəyi, iki ildən sonra «yeni imtahan modeli» tətbiq olunacağı ilə bağlı açıqlamalar ciddi məyusluq və narahatlıq doğurur. Odur ki, mən də qəbul imtahanında dəyişiklik zərurəti ilə bağlı əsassız qənaəti bölüşməyərək, onu rədd edir və gələcəyi düşünən hər kəsi etiraz səsini ucaltmağa səsləyirəm. Mayası korrupsiya ilə yoğrulan hazırkı hakimiyyəti ali məktəblərə tələbə qəbulundə 25 ildən sonra geriyə yönələn, rüşvətə yol açan dəyişikliklərə yol verməməyə çağırıram.
Eyni zamanda bilmək istərdik ki, nə baş verdi ki, DİM tələbə qəbulunda testdən imtina etməyə hazırlaşır? Əgər test sisteminin nöqsanları varsa (təbii ki, var), onda gəlin onları müzakirə edək, təkmilləşdirmək üçün yollar arayaq. Yoxsa, eyni məktəbdə oxşar proqramlarla təhsil alan şagirdlərə nədən fərqli qiymətləndirmə üsulu tətbiq olunmalıdır? Məgər, kurikukium tətbiq edilən hansı ölkədə test sistemi sıradan çıxıb?
İctimaiyyəti narahat edən suallar çoxdur. Onları cavablandırmaq üçün təhsil işçilərinin iştirakı ilə müstəqil ekspert müzakirələrinə ehtiyac vardır. Belə müzakirələrdə ölkənin səciyyəvi xüsusiyyətlərini də nəzərə alınmalıdır.
Ekspert müzakirələri aparılmadan, «yeni imtahan modeli» bəlli olmadan uzun illərin sınağından çıxmış testin ləğvindən danışmaq yersiz və tezdir.