vaxtlı-vaxtında oxuyun! Cümə, 23 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
DİM biabırçılığı bitmir 20:09 | 22 may 2025 | Cümə axşamı Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

DİM biabırçılığı bitmir

Minlərlə savadlı uşaq laqeydlik və savadsızlıq üzündən gələcəyini itirir

Kamran ƏSƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Dövlət İmtahan Mərkəzi (DİM) bir daha sübut etdi ki, nə ədalət, nə şəffaflıq, nə də peşəkarlıq bu qurumun fəaliyyət prinsiplərinə daxildir. 2025-ci il buraxılış imtahanlarının nəticələri ilə bağlı minlərlə şagird haqlı olaraq narazılıq bildirdi. Apellyasiya komissiyasına edilən müraciətlərə isə DİM nəinki obyektiv yanaşmadı, hətta öz iş prinsiplərinə zidd olaraq şikayətçinin arqumentlərini dinləmədən, birtərəfli və qapalı şəkildə qərar çıxardı. Bu birbaşa iştirakçıların konstitusion hüquqlarının tapdanmasıdır.

Daha biabırçısı isə odur ki, DİM özü 2 mindən çox imtahanın səhv yoxlandığını ETİRAF ETDİ. Bu sadəcə texniki xətalar deyil – bu, minlərlə şagirdin gələcəyinə vurulan zərbədir. Bu onların psixoloji durumuna, motivasiyasına və bəlkə də həyat yoluna müdaxilədir. 300 bal toplayan bir şagirdin belə nəticəsinin əvvəlcə yanlış qiymətləndirilməsi isə DİM-in nə dərəcədə qeyri-peşəkar və məsuliyyətsiz çalışdığını açıq göstərir.

Bu qurum artıq təkcə imtahan keçirə bilməmək kimi bir problemlə deyil, eyni zamanda düzgün yoxlama aparmaq, haqlı narazılığı dinləmək və ədalətli qərar vermək qabiliyyətinin olmaması ilə üz-üzədir. Bu sistem nə tərbiyə verir, nə də etimad yaradır. Belə bir şəraitdə “ölkədə təhsil inkişaf edir” demək, sadəcə özünü aldatmaq deməkdir.

Bu ölkədə minlərlə savadlı uşaq DİM-in laqeydliyi və savadsızlığı üzündən gələcəyini itirir. Mənim imtahan sisteminə güvənim qalmayıb! DİM islahat yolu keçməlidir!