
DİM-in təhsilə pis təsiri
Dərslər yalnız test kitabçalarına uyğun tədris edilir; təlim-tərbiyə prosesi yoxa çıxır
Dərslər yalnız test kitabçalarına uyğun tədris edilir; təlim-tərbiyə prosesi yoxa çıxır
Bütün təhsil prosesi bir nöqtəyə – bal toplamağa fokuslanıb
Xidmət haqqı nəyə görə alınır?
DİM keyfiyyətsiz sistemləri ilə abituriyentlərin gələcəyini riskə atır
Universitetlərin rolu sıfıra endirilib
“Boloniya” sistemi tədrisin təşkilinin formasıdır, məzmun və metodika deyil
Dünyadakı inkişafla ayaqlaşmayan DİM urvatsız testlərin tərtib edir
Müəllimləri imtahan etməkdən öncə öyrətmək lazımdır
DİM-dən xəbərdarlıq
Qəbul imtahanlarında köməkçi sözlər üzərində qurulan “test tapşırıqları” və “sertifikat biznesi”
Abituriyentlərin 700 bal toplaya bilməmə sirrinin açılması qalmaqal yaradıb
Qocaman alimdən Təhsil Nazirliyinə və DİM-ə mükəmməl imtahan sistemi təklifi
Azərbaycanın uğurlu layihəsi qonşu ölkələrin də diqqətini çəkib
XXI əsrdə universitetlərinin pəncərələrindən səhərə qədər işıq gələn cəmiyyətlər irəli gedəcək
DİM rəhbərliyi Təhsil Nazirliyini və kurikulumu bəhanə edərək müstəqilliyin ən uğurlu nailiyyətini sıradan çıxarmaq istəyir
Nə baş verdi ki, DİM tələbə qəbulunda illərin sınağından çıxmış sistemdən imtina etməyə hazırlaşır?
Aprelin 13-də keçirilmiş 9-cu sinif buraxılış imtahanı bir daha göstərdi ki, Dövlət İmtahan Mərkəzi (DİM) artıq imtahan təşkil etmək keyfiyyətini ciddi şəkildə itirmək üzrədir. Çoxları üçün bu imtahan adi görünə bilər, amma kollecə qəbul olmaq istəyənlər, hərbi liseyə hazırlaşanlar, fərqlənmə attestatı almaq istəyənlər üçün bu – təyinedicidir, taleyüklü bir mərhələdir. Təəssüf ki, bu məsuliyyət şagirdlər və onların valideynləri üçün nə qədər ciddi olsa da, DİM üçün sadəcə texniki bir gün kimi görünür.
İmtahanın keçirilməsi zamanı baş verən texniki və təşkilati qüsurlar — xüsusilə xarici dil fənni üzrə dinləyib-anlama bölməsindəki xaos — bu qurumun əvəzolunmaz olduğunu iddia etdiyi sistemə və gənc nəsillə davranışına necə səthi yanaşdığını üzə çıxardı.
İmtahan modeli aydın şəkildə göstərir ki, dinləmə mətni əsasında ümumilikdə 4 test tapşırığı cavablandırılmalıdır. Bu, həm imtahan strukturunda, həm sınaq materiallarında, həm də əvvəlki illərin DİM nümunə testlərində açıq şəkildə göstərilib. Lakin imtahan zamanı mətni iki dəfə dinlətdikdən sonra, nəzarətçi tərəfindən elan olunub ki, şagirdlər dinləməyə əsasən 6 suala cavab verməlidirlər. Bu, tamamilə absurddur. Çünki yalnız 4 dinləmə sualı təqdim olunub, amma şagirdlərdən 5-ci, 6-cı suallara da “mətndən yadlarında qalanlara əsasən cavab vermək” tələb olunub.
13-14 yaşlı şagirdlərin gözündə bu çaşqınlıq panikaya səbəb olub. Onlar səsli mətndən istifadə edərək olmayan suallara cavab tapmağa çalışıblar. Bu isə psixoloji stress, konsentrasiya itkisi və nəticədə ümumi cavab keyfiyyətinin aşağı düşməsi ilə nəticələnib.
Bu, artıq sadə texniki yanlışlıq deyil — bu səhlənkarlıq, məsuliyyətsizlik və kobud peşəkar etikasızlıqdır. DİM-in əsas funksiyası — imtahanı ədalətli, şəffaf və psixoloji baxımdan sabit şəkildə keçirməkdirsə, bu hadisə həmin funksiyanın tam şəkildə pozulduğunu göstərir.
Üstəlik, DİM imtahanda istifadə etdiyi avadanlıqları ötən həftə 11-ci sinif imtahanından sonra dəyişmək əvəzinə, eyni sistemlə 9-cu sinif imtahanına gətirərək sadəcə xərcə düşməmək üçün uşaqları riskə atıb. Yəni büdcəni qorumaq üçün uşaq psixologiyası qurban verilib.
Daha acınacaqlısı isə odur ki, DİM-in nə rəsmi açıqlaması var, nə də bu səhvin məsuliyyətini üzərinə götürəcək şəffaf mexanizmi. Əgər bu cür səhvi şagird etsəydi, dərhal cavabları “4 səhv 1 düzü aparır” prinsipi ilə ləğv edilərdi. Amma DİM eyni səhvi etsə, heç bir məsuliyyət daşımır. Nəzarətçilər isə 30 manatlıq xidmət haqqının müqabilində “mən imtahan rəhbəriyəm” deyib, sistemli problemləri ört-basdır etməyə çalışırlar. Halbuki bu gənc yaşda uşaqlara yaşadılan narahatlıq və təzyiq gələcəkdə təhsilə, imtahanlara və dövlətə olan inamı zədələyə bilər.
DİM bu hadisəyə görə ictimaiyyətə rəsmi izahat verməli, məsul şəxsləri cəzalandırmalı və həmin imtahanda iştirak edən şagirdlərin nəticələrini qiymətləndirərkən bu qeyri-müəyyənliyi nəzərə almalıdır. Əks halda, bu hal sistemli şəkildə təkrarlanacaq və ölkədə dövlət imtahanlarına olan etibar daha da azalacaq.
Təhsil sistemində belə xırda görünən texniki səhvlər, əslində on minlərlə uşağın psixoloji və akademik gələcəyinə vurulan zərbədir. Təhsil yalnız test deyil, vicdandır. DİM isə bu imtahanla öz vicdanını bürokratik rahatlığa, texniki səhlənkarlığa və 30 manatlıq idarəetməyə qurban verdi.