vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 4 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
ELM-TƏHSİL, DİN  
Məsuliyyət, yoxsa sistem problemi? 11:28 | 2 iyun 2025 | Bazar ertəsi Məqaləyə 66 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məsuliyyət, yoxsa sistem problemi?

Riyaziyyat sualında növbəti texniki səhv nəyin göstəricisidir ...

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Dövlət İmtahan Mərkəzi (DİM) ötən gün keçirilən qəbul imtahanında riyaziyyat fənni üzrə 1 sualda texniki səhvə yol verildiyini açıqlayıb. Mərkəz bildirib ki, müvafiq sual düzgün cavablandırılmış kimi qəbul ediləcək.

Əslində bu, təəccüblü deyil.

Son illərdə demək olar ki, hər imtahan sessiyasında bənzər hallar yaşanır. Bir neçə gün öncə keçirilən imtahanlarda da Tarix fənni üzrə problemin olduğu bildirilirdi.

DİM bu proseslərə xüsusi diqqət ayırır. Bir neçə mərhələli nəzarət sistemi qurulur. Tapşırıqlar xeyli öncədən, test bazasına daxil edilməmişdən öncə də yoxlanılır.

Amma imtahan günü Bunkerdə hansı tapşırıqların veriləcəyini yenə də ən azı iki peşəkar müəllim yoxlayıb, hər ikisi təsdiqlədikdən sonra qəbula buraxılır.

Bu qədər yoxlamalardan, təsdiqləmələrdən sonra yenidən səhvlərin olması çox düşündürücüdür.

Bu artıq texniki səhv yox, sistem probleminin, bəlkə də insan amilinin və ya məsuliyyət boşluğunun göstəricisidir.

Kiçik bir məsələ kimi görünsə də, əslində imtahan verən üçün, valideynləri üçün, onu yetişdirən müəllimlər və məktəb üçün ciddi problemdir.

Abituriyent bu cür problemli bir tapşırığa xeyli vaxt sərf etməli olur, stress keçirir və bu itirilmiş zaman və başağrısı da yekun nəticəyə təsir edir.

Yəni DİM-in sonradan bunu “texniki səhv “ deyib sakitcə üstündən keçməsi doğru yanaşma deyil.

Yəqin ki, DİM bütün bu halları araşdırır. Təqsirkarları kənarlaşdırır və daha məsuliyyətliləri prosesə cəlb etməyə çalışır.

Lakin görünür ki, bütün bunlar yetərli olmur.

Bəlkə də artıq bu mərhələyə də, texnologiyaların, süni intellektin cəlb olunmasının vaxtı çatıb?

DİM-in yaxşı, peşəkar və təcrübəli İT komandası var. Qəbul ilə bağlı prosesləri nizamlayan, qiymətləndirməni həyata keçirən proqramları da özləri yazıblar.

Belə olan halda düşünürəm ki , tapşırıqların texniki analizini, düzgünlüyünü və uyğunluğunu yoxlayan bir Süni intellekt sisteminin tətbiqi həm şəffaflığı, həm də etibarı da artıra bilər.