Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
11:19 | 2 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 209 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Şimali Koreya müharibədə yüzlərlə əsgərini itirməsinə və beynəlxalq sanksiyalara baxmayaraq Rusiyanı dəstəkləməyə davam edir. Pxenyan administrasiyası bu hərbi əməkdaşlığın dünyaya “sülh və sabitlik” gətirmək məqsədi daşıdığını bildirir.
Şimali Koreya Rusiya ilə getdikcə dərinləşən hərbi əməkdaşlığını növbəti dəfə müdafiə edib. Pxenyan administrasiyası bəyan edib ki, bu əməkdaşlıq “Avropa və Asiyada sülh və sabitliyi qorumaq” məqsədi daşıyır.
Son illərdə Moskva ilə hərbi əlaqələrini gücləndirən Şimali Koreyanın Ukrayna müharibəsində Rusiyaya silah və hərbi dəstək verdiyi məlumdur.
Cənubi Koreya parlamentinin deputatı Li Şonq-kyunun kəşfiyyat agentliyinə görə, bu günə qədər 600-ə yaxın Şimali Koreya əsgəri həyatını itirib, minlərlə əsgər isə yaralanıb.
***
Cənubi Koreya, ABŞ, Yaponiya və digər səkkiz ölkədən ibarət çoxtərəfli sanksiyaların monitorinqi qrupu Pxenyan-Moskva münasibətlərini “qanunsuz” adlandırıb.
Pxenyanın cavabı sərt olub. Şimali Koreya Xarici İşlər Nazirliyinin rəsmisi deyib ki, əməkdaşlıq “dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və təhlükəsizlik maraqlarını qorumaq” məqsədi daşıyır. Bəyanatda addımın dövlətlərarası münasibətlərin zirvəsi kimi qiymətləndirilib.
Rəsminin fikrincə, Pxenyan və Moskva “suverenliyə, bərabərliyə və ədalətə hörmət əsasında çoxqütblü dünya nizamı” qura bilər.
***
2024-cü ilin oktyabrında yaradılan və Birləşmiş Millətlər Təşkilatından asılı olmayaraq fəaliyyət göstərən Sanksiyaların Monitorinq Qrupu Şimali Koreyanın BMT Təhlükəsizlik Şurasının sanksiyalarını pozub-pozmadığına nəzarət edir.
Qrupa görə, “doqquz milyon qarışıq artilleriya mərmisi və çoxsaylı reaktiv yaylım atəşi” daşıyan Rusiya bayraqlı gəmilər 2024-cü ildə Şimali Koreyadan Rusiyaya göndərilib. Bunun müqabilində Rusiyanın Şimali Koreyanı hava hücumundan müdafiə sistemləri və zenit raketləri ilə təmin etdiyi təxmin edilir.
Pxenyan ilk dəfə aprel ayında Ukrayna müharibəsində Rusiyaya qoşun göndərdiyini rəsmən təsdiqləyib.