
DİM funksiyasını itirib
Sadəcə texniki yanlışlıq deyil – səhlənkarlıq, məsuliyyətsizlik, tərbiyəsizlikdir
Sadəcə texniki yanlışlıq deyil – səhlənkarlıq, məsuliyyətsizlik, tərbiyəsizlikdir
Dərslər yalnız test kitabçalarına uyğun tədris edilir; təlim-tərbiyə prosesi yoxa çıxır
Bütün təhsil prosesi bir nöqtəyə – bal toplamağa fokuslanıb
Xidmət haqqı nəyə görə alınır?
DİM keyfiyyətsiz sistemləri ilə abituriyentlərin gələcəyini riskə atır
Universitetlərin rolu sıfıra endirilib
“Boloniya” sistemi tədrisin təşkilinin formasıdır, məzmun və metodika deyil
Dünyadakı inkişafla ayaqlaşmayan DİM urvatsız testlərin tərtib edir
Müəllimləri imtahan etməkdən öncə öyrətmək lazımdır
DİM-dən xəbərdarlıq
Qəbul imtahanlarında köməkçi sözlər üzərində qurulan “test tapşırıqları” və “sertifikat biznesi”
Abituriyentlərin 700 bal toplaya bilməmə sirrinin açılması qalmaqal yaradıb
Qocaman alimdən Təhsil Nazirliyinə və DİM-ə mükəmməl imtahan sistemi təklifi
Azərbaycanın uğurlu layihəsi qonşu ölkələrin də diqqətini çəkib
XXI əsrdə universitetlərinin pəncərələrindən səhərə qədər işıq gələn cəmiyyətlər irəli gedəcək
DİM rəhbərliyi Təhsil Nazirliyini və kurikulumu bəhanə edərək müstəqilliyin ən uğurlu nailiyyətini sıradan çıxarmaq istəyir
Dövlət İmtahan Mərkəzi (DİM) yenidən cəmiyyətin, xüsusilə də abituriyentlərin və valideynlərin güvənini sarsıdan, şəffaflıqdan uzaq, ədalət prinsiplərini ciddi şəkildə pozan qərar qəbul edib.
2 mart buraxılış imtahanının nəticələrindən sonra 14-16 aprel tarixlərində apelyasiya müraciətlərinin qəbul edilməsi proseduru formal olaraq elan olunsa da, gerçəkdə bu prosesin mahiyyəti və tətbiq qaydaları DİM-in illərdir davam edən sistematik səhvlərini daha da dərinləşdirir. Əslində bu apelyasiyanın məğzinin tam təhrif edilməsidir.
İlk növbədə onu demək lazımdır ki, illərdir DİM-in yoxlama prosesi ilə bağlı ictimai narazılıq tək-tük hallar yox, minlərlə şikayətlə sübut olunmuş sistematik qüsurdur. Elə keçən il bir gəncin apelyasiyadan sonra balı 300-ə qədər yüksəldildi. Bu təkcə bir istisna deyil, ciddi struktur çatışmazlığının, qiymətləndirmənin qeyri-peşəkar şəkildə aparıldığının və DİM-in öz proseslərini nə qədər zəif qurduğunun açıq sübutudur. Əgər bir nəfərin balı bu qədər dəyişirsə, bəs o minlərlə müraciət etməyən, ya da edə bilməyən abituriyentlərin hüquqları necə olacaq?
Yeni apelyasiya proseduru ilə bağlı dəyişiklik isə bu qeyri-şəffaflığın üstünü hüquqi görkəmli kosmetik vasitələrlə örtməkdən başqa bir şey deyil. Əvvəllər abituriyent ya videobağlantı, ya da telefonla əlaqə vasitəsilə fikrini əsaslandırır, sualın hansı hissəsində problem olduğunu izah edə bilirdi. Bu ən azından qarşılıqlı müzakirə və cavab haqqının təminatı idi. İndi isə bu imkan ləğv edilib və apelyasiya iddiaçısı sadəcə sualın nömrəsini yazmalı, sonra isə DİM-in “arxa qapılarında” onun iddiası haqqında qərar verilməlidir. Abituriyent dinlənilmir, arqumenti əsaslandırmaq imkanı verilmir, müzakirə aparılmır. Bəs bu hansı məntiqlə “ədalətli və şəffaf” qiymətləndirmə sayılır?
Təhsil haqqında qanunda, Azərbaycan Respublikasının Konstitusiyasında və “İnzibati icraat haqqında” Qanunda göstərilir ki, hər bir vətəndaşın iddiası obyektiv araşdırılmalı, onun dinlənilmək hüququ təmin edilməlidir. DİM isə bu fundamental hüququ ləğv edərək, özünün mübahisəli qərarlarını heç bir şəffaf nəzarət və iştirak olmadan verməyə çalışır. Bu, həm hüquqi, həm də etik baxımdan qəbuledilməzdir.
Bundan əlavə hər il təkrar-təkrar istifadə olunan test tapşırıqları, səhvlərlə dolu suallar və bunlara verilən DİM-in “müəllifin fikri belədir” cavabları abituriyentlərə qarşı laqeyd münasibətin bariz göstəricisidir. Üstəlik bu qədər qeyri-şəffaf və qüsurlu proses üçün 50 manat imtahan xidməti haqqı tələb olunur. Bəs sual olunur: əgər iddiaçının fikri dinlənilməyəcəksə, cavabını əsaslandırmaq hüququ verilməyəcəksə, DİM hansı xidmətin haqqını alır?
Digər tərəfdən, jurnalistləri yığıb, “abituriyent özü vərəqinə nömrə yazıb” tipli nümayişkaranə açıqlamalar verməklə məsuliyyətdən yayınmaq, IX siniflərin buraxılış imtahanındakı ciddi biabırçılığı “texniki səhv” kimi təqdim etmək sadəcə vəziyyətdən çıxmaq üçün qurulmuş ssenaridir. Halbuki məlumdur ki, yoxlama sistemində ciddi metodoloji və texniki problemlər var. İnsan faktoru olan hər bir sistemdə səhv mümkündür, amma əgər bu sistem üzərinə yüz minlərlə gəncin gələcəyi, təhsil taleyi yüklənirsə, o zaman burada minimum səhv prinsipi yox, sıfır səhv prinsipi işləməlidir.
DİM-in qiymətləndirmə sistemində insan faktoru çox güclüdür. Bu qiymətləndirmənin rəqəmsallaşdırılmadığını, sual açarlarının ikimənalı olduğunu və müəllif yanaşmasının birmənalı şəkildə izah edilmədiyini göstərir. Əgər bir mərkəz hər il minlərlə səhv edir, bunun üçün üzr istəmir, amma eyni zamanda iddiaçını dinləmədən qərar verir, o zaman bu mərkəzə ictimai inam necə ola bilər?
Sonda qeyd edim ki, DİM-in apelyasiya prosedurunu birtərəfli qaydada dəyişməsi, şəffaflığı daha da azaltması və buna baxmayaraq xidmət haqqı almağa davam etməsi — bu qurumun təhsilin keyfiyyətini yüksəltmək yox, sadəcə özünü qorumaq məqsədi daşıyan müdafiə sisteminə çevrildiyini göstərir. Bu isə yalnız bir qurumun yox, bütövlükdə təhsil sisteminin legitimliyinə zərbə vurur. Təhsil hüququ pozulan hər bir gəncin taleyi — sadəcə bir səhv yox, gələcəyin itkisidir. Bu itkilər isə hesablanmır, ölçülmür, ödənmir. Amma ictimai yaddaşda dərin iz buraxır. Bu izlər isə heç vaxt silinmir.