
Parisin qisası
Fransa Əlcəzair konsulluq və diplomatik şəbəkəsinin 12 əməkdaşını ölkədən çıxarır
Fransa Əlcəzair konsulluq və diplomatik şəbəkəsinin 12 əməkdaşını ölkədən çıxarır
Ən adi siyasi anlayışı olmayan Fransalı nazir şəxsi mənfəət üçün çirkli işlərə qarışıb
Əlcəzair Fransa arasında diplomatik insident – 12 diplomat deportasiya ediləcək
Əlcəzair Fransa nazirinin mübahisəli Qərbi Sahara səfərinə etiraz edib
Əlcəzair prezidenti Fransanın müstəmləkə idarəçiliyini barbarlıq adlandırıb
Əlcəzairdə prezident seçkilərinin qalibi 84,30 faiz səs toplayıb
Əbdülməcid Tebbun 94,65 faiz səs toplayıb
Hazırkı dövlət başçısı, ana müxalifət lideri və sülh hərəkatı namizədi ən yüksək post uğrunda yarışacaq
Fransızlar qazdıqları quyuya düşüb
Afrikada keçirilən nüvə sınaqları səhranı böyüdüb
Fransa hələ də 9 adanı müstəmləkədə saxlayır
Yaxud törətdikləri qətliamlarla yadda qalan iki qardaş ...
Ukrayna Rusiya üçün nədirsə, Əlcəzair də Fransa üçün odur
Prezident olmaq istəyənlərin sayı 100 nəfəri keçib
110 sərnişin, 6 ekipaj üzvündən xəbər yoxdur
Braziliyadan qayıdan komandaların üzvlərindən bəzisi evlərinə səsiz-səmirsiz, bəziləri isə ilk gün ümumiyyətlə gedə bilməyib...
Əlcəzair Fransanın diplomatik və konsulluq nümayəndəliklərinin 15 üzvünü tətbiq olunan prosedurları pozulması ilə əlaqədar arzuolunmaz şəxs elan olunub.
Əlcəzairin rəsmi xəbər agentliyi APS-in adı açıqlanmayan mənbələrə istinadən verdiyi xəbərə görə, Xarici İşlər Nazirliyi dünən Fransanın Əlcəzairdəki müvəqqəti işlər vəkilini nazirliyə çağıraraq, sözügedən işçilərin ölkədən dərhal çıxmasını tələb edib.
XİN Fransa tərəfinin son vaxtlar “ciddi və təkrarlanan pozuntulara” yol verdiyi, bu şəxslərin təyinatı zamanı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş diplomatik praktika və prosedurların açıq-aşkar pozulduğunu bildirilib.
Mənbənin məlumatına görə, səlahiyyətlilər sözügedən 15 Fransa vətəndaşının diplomatik və ya konsulluq vəzifələrinə başlamazdan əvvəl lazımi rəsmi məlumat və ya akkreditasiya tələblərini almadıqlarını müəyyən edib.
Həmçinin bildirilib ki, bu şəxslər əvvəllər vəzifə pasportları daşıyıblar, lakin sonradan onlara diplomatik pasportlar verilib və bu, onların Əlcəzairə daxil olmasını asanlaşdırıb.
Siyahıdakı şəxslər arasında Fransa Daxili İşlər Nazirliyinin iki dövlət qulluqçusunun da olduğu və bu şəxslərin daha əvvəl “persona non-qrata” elan edilmiş şəxslərin vəzifələrini öhdəsinə götürməsinin planlaşdırıldığı bildirilib.
***
Bu, iki ölkə arasında aylardır davam edən diplomatik gərginlik silsiləsinin sonuncusu idi.
Fransa tərəfi dəfələrlə Əlcəzairin diplomatik pasport sahiblərinin ölkəyə girişinə icazə verməyib və Paris və Marseldəki iki baş konsulun və digər yeddi konsulun akkreditasiya prosesini beş aydan çox gecikdirib.
Digər tərəfdən, Əlcəzair hökuməti dünən Fransa Daxili İşlər Nazirliyinin Daxili Təhlükəsizlik Müdirliyində çalışan iki nəfəri saxta diplomatik pasportlarla ölkəyə daxil olduqları səbəbi ilə deportasiya etdiyini açıqlayıb.
Aprelin əvvəlində Fransanın Parisdəki Əlcəzair konsulluğunun əməkdaşını saxlamasından sonra Əlcəzair 12 fransız diplomatik əməkdaşını deportasiya edib.
Buna cavab olaraq Fransa 12 Əlcəzairli diplomatı ölkədən çıxarıb və Əlcəzair səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Əlcəzair və Fransa arasında münasibətlər son illərdə tez-tez böhranlarla üzləşib. 2023-cü ilin iyulunda Fransanın Qərbi Sahara üzərində Mərakeşin xeyrinə muxtariyyət planını dəstəkləməsi Əlcəzairin Parisdəki səfirini geri çəkməsinə səbəb oldu.