
“Son dərəcə təhlükəlidir”
Əlcəzair Fransa nazirinin mübahisəli Qərbi Sahara səfərinə etiraz edib
Əlcəzair Fransa nazirinin mübahisəli Qərbi Sahara səfərinə etiraz edib
Əlcəzair prezidenti Fransanın müstəmləkə idarəçiliyini barbarlıq adlandırıb
Əbdülməcid Tebbun 94,65 faiz səs toplayıb
Hazırkı dövlət başçısı, ana müxalifət lideri və sülh hərəkatı namizədi ən yüksək post uğrunda yarışacaq
Fransızlar qazdıqları quyuya düşüb
Afrikada keçirilən nüvə sınaqları səhranı böyüdüb
Fransa hələ də 9 adanı müstəmləkədə saxlayır
Yaxud törətdikləri qətliamlarla yadda qalan iki qardaş ...
Ukrayna Rusiya üçün nədirsə, Əlcəzair də Fransa üçün odur
Prezident olmaq istəyənlərin sayı 100 nəfəri keçib
110 sərnişin, 6 ekipaj üzvündən xəbər yoxdur
Braziliyadan qayıdan komandaların üzvlərindən bəzisi evlərinə səsiz-səmirsiz, bəziləri isə ilk gün ümumiyyətlə gedə bilməyib...
Braziliyadan qayıdan komandaların üzvlərindən bəzisi evlərinə səsiz-səmirsiz, bəziləri isə ilk gün ümumiyyətlə gedə bilməyib...
Əlcəzair Konstitusiya Məhkəməsinin sədri Ömər Belhac dövlət televiziyası ilə prezident seçkilərinin yekun nəticələrini açıqlayıb. Yekun nəticələrə görə, prezident Əbdülməcid Tebbunun 84,30 faizlə qalib gəldiyi açıqlanıb.
Əbdülməcid Tebbunun ikinci 5 illik prezident seçkilərində 84,30 faizlə qalib gəldiyini paylaşan Belhac, 7 sentyabrda keçirilən seçkilərdə seçici fəallığının 46,10 faiz olduğunu da bildirib. Yekun nəticələrə görə, Tebbun 7 milyon 976 min 291 səs toplayıb.
Sülh Cəmiyyəti Hərəkatının (MSP) namizədi Əbdüləli Həsəni Şərif 9,56 faiz səslə 904 min 642 səs toplayıb. Sosialist Qüvvələr Hərəkatından (FFS) Yusuf Uşiş 6,14 faizlə 580 min 495 səs toplayıb.
Ölkə üzrə qeydə alınmış 24 milyon 495 min 551 seçicidən 11 milyon 226 min 65-nin səs verdiyi seçkidə 1 milyon 764 min 637 səs etibarsız sayılıb.
Sentyabrın 8-də keçirdiyi mətbuat konfransında Əlcəzairin Müstəqil Milli Seçki Administrasiyasının sədri Məhəmməd Şərəfi qeyri-müəyyən nəticələrə görə Tebbunun 94,65 faiz səs toplayaraq yenidən prezident seçildiyini, seçici fəallığının isə 48 faiz olduğunu bildirmişdi.
***
2019-cu ildə Əlcəzairdə kütləvi ictimai etirazlar nəticəsində 20 illik hakimiyyətdən sonra istefa verməli olan Əbdüləziz Buteflikadan sonra Əbdülməcid Tebbun seçkilərdə 58 faiz səs toplayaraq ölkənin yeni prezidenti olub.
Tebbun vəzifəsini daha bir müddətə davam etdirmək üçün müstəqil namizəd olaraq namizədliyini irəli sürərkən; Ordu, media, dini icmalar, sahibkarlar və bəzi siyasi partiyaların dəstəyi var idi.