Solovyovun böyükləri
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
11:01 | 2 noyabr 2022 | Çərşənbə
Məqaləyə 1411 dəfə baxılıb
Şriftin ölçüsü
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Neft zavoduna zərbələr nəticəsində güclü yanğın baş verdi
“İki il əvvəl – Vətən müharibəsi zamanı dəfələrlə fransız dilli səhifələrdə və informasiya resurslarında bir məqamın şahidi olmuşdum. Demək o zaman Fransa rəhbərliyi və informasiya resursları tam olaraq Azərbaycan əleyhinə çevrilmişdi, ermənilərin mövqeyini müdafiə edən yazılar, şərhlər, ittihamlar və s. Dəfələrlə girib şərhlərə baxırdım. Elə yerlər olurdu bir azərbaycanlı görmədiyindən, yaxud məlumatsızlığından irəli gələrək nəsə yazmırdı. Amma baxırdın fransız dilli keçmiş Fransa koloniyalarından olan qaradərili, ərəbi müsəlmanlar və qeyri müsəlmanlar yerimizə necə gəldi döşüyürdülər. Ola bilər detalları və nüansları bilmirdilər, amma anlayırdılar ki, Fransa sosial media seqmentində və KİV-lərindəki bu deyilənlər yalandır və bacardıqları qədər Azərbaycanın mövqeyini müdafiə etməyə çalışırdılar”.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri, politoloq Fuad Çıraqov deyib. O bildirib ki, Azərbaycanın fransızdilli informasiya məkanında fəallığını artırmaq lazımdır:
“Biz əsasən rus və ingilis dilli informasiya məkanından və ya ekosistemindən xəbərdarıq, izləyirik, təsirindəyik, pis yaxşı mübarizə aparmağa çalışırıq. Amma unutmamalıyıq ki, digər dillərdə də informasiya məkanları var. Bunlardan da ən əhəmiyyətlilərindən biri fransız dilli informasiya məkanıdır. Ona görə ən əhəmiyyətlisidir ki, bu məkanın ingilis dilli, qlobal, intellektual, fəlsəfi, liberal və sol informasiya məkanına çox böyük təsiri var.
Bu gün yaşayan fransız intellektualları əvvəllər olduğu kimi indi də böyük təsirə malikdir. Belə desək “influencer”lərdir. Ermənilər bu məkana tam hakim idilər. Bu məkanda Fransa dövləti və erməni lobbisi xüsusilə 2020-ci ildən sonra Qarabağ məsələsinin ermənilərin xeyrinə mənəvi əsaslandırılmasına (“moral justification) çalışır. Məqsəd “beynəlxalq hüquqa zidd olsa da Qarabağ ermənilərini qorumaq üçün mütləq Azərbaycandan ayrılmalıdır” ideyasını qəbul etdirib və inandırmaqdır (“remedial seccession”). Müharibə bitsə də bu informasiya savaşı əksinə daha da alovlanıb. Bunu mütləq görməli və çox yaxşı anlamalıyıq.
Dünən dövlət başçısının Əlcəzairə səfəri zamanı Fransa müstəmləkəçiliyinə qarşı Azadlıq uğrunda mübarizə zamanı həlak olanların xatirəsinə ucaldılan memorialda yazdıqlarına fikir verdiniz?! Cümlələr və ifadələr xüsusi seçilmişdi. Yazının fotosu mətbuata verildi, digər ölkələrə hər səfər zamanı hər dəfə hər yazı mətbuata verilmir. Açıq mesajdır. İfadələr və cümlələr xüsusi seçilib. Yazılanlar Makronun sonuncu çıxışına və Fransa senatının Azərbaycana qarşı sanksiyalar qəbul etməyi təklif etməsinə cavabdır.
Amma ən əsas məsələ bu mövqeyin, bu yazılanların sabah Əlcəzairin fransız dilli media resursları ilə bütün fransız dilli informasiya məkanına yayılmasıdır. Ukrayna Rusiya üçün nədirsə, Əlcəzair də Fransa üçün ona bənzər bir şeydir. Təsəvvür edin, ikinci ən çox rusdilli olan əhali olan Ukrayna MDB üzvü deyil. Əlcəzair də ikinci ən çox fransız dilli olan ölkədir və Frankofon təşkilatının üzvü deyil, amma Ermənistan üzvüdür. Amma əvəzində fransız dilli informasiya məkanında Ukrayna Rusiya üçün nədirsə, Əlcəzair də odur.
Vaxtilə Qoşulmama hərəkatına qoşulanda və bu hərəkat daxilində fəaliyyətə xüsusi diqqət ediləndə məqsədlərdən biri də bu idi. Əgər istəyiriksə ki, insanlar Xocalı haqqında bilsinlər, onda biz də başqalarının dərdlərini öyrənib, Əlcəzairdə, Ruandada, Vyetnamın fransız dövründən başlayaraq sonralarını, ümumiyyətlə kolonializmin bütün cinayətlərini yaxşı öyrənməliyik. Proseslər də göstərir ki, həmin insanlar bizimlə həmrəy olmağa hazırdır”. (Milli.az)