Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
16:34 | 1 noyabr 2022 | Çərşənbə axşamı
Məqaləyə 1722 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
ABŞ prezidenti böyük neft sənayesini tənqid etməyə davam edir. Co Bayden ABŞ neft şirkətlərinin həddindən artıq gəlirləri ilə bağlı Konqreslə işləyəcəyini bildirib.
“Neft şirkətləri hasilat və emal imkanlarını artırmasalar, daha yüksək vergilər və müxtəlif məhdudiyyətlərlə üzləşəcəklər. Komandam Konqreslə variantlar üzərində işləyəcək”, – Bayden deyib.
Bayden, bu şirkətlərin istehlakçıları dəstəkləmədiyini vurğulayıb.
Baydenin enerji şirkətlərinə əlavə vergilər tələbi keçən həftə “Exxon Mobil” və “Chevron” kimi şirkətlərin üçüncü rüb balans hesabatlarından sonra gündəmə gəlib.
ABŞ-ın enerji şirkəti “Exxon Mobil”in ötən həftə açıqladığı maliyyə nəticələrinə görə, şirkət ilin üçüncü rübündə rekord məbləğdə – 19,7 milyard dollar mənfəət əldə edib. “Exxon Mobil”in keçən ilin eyni dövründə qazancı 6,8 milyard dollar təşkil etmişdi.
Əsas neft istehsalçılarından biri olan “Chevron”un mənfəəti üçüncü rübdə ilin eyni dövrü ilə müqayisədə 84 faiz artaraq 11,2 milyard dollara çatıb.