Yay tətili öncəsi uçuş böhranı
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
15:11 | 29 noyabr 2022 | Çərşənbə axşamı
Məqaləyə 1069 dəfə baxılıb
Şriftin ölçüsü
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Fransada çörəyin içindən çıxan qorxutdu
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
Xəbər saytında yazılan məqalə Fransanı qarışdırdı
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Avropa ölkəsində son dörd ilin ən zəif artımı baş verir
Fransızlar öz qazdıqları quyuya düşüblər. Fransa Senatı Azərbaycana qarşı embarqoya çağırış edəndə, Ursula von der Leyeni Azərbaycanla əməkdaşlığa görə tənqid edəndə düşünmürdü ki, Avropa Birliyinin də əlində Fransaya qarşı alətlər var?
Bu yaxınlarda 17 deputatdan ibarət qrup Avropa Komissiyasının sədri Ursula von der Leyeni Əlcəzair ilə Assosiasiya Sazişinə yenidən baxmağa çağırıb. Sosialistlərdən tutmuş ifrat sağçılara qədər deputatlar bu Şimali Afrika dövlətinin Rusiya ilə strateji əlaqələrindən, Rusiyadan silah almasından dərin “narahatlıq keçiriblər”. Əlcəzairdən qaz alan ölkə isə Fransadır. Onu da xatırladım ki, hardasa bir ay əvvəl ABŞ-ın 27 senatoru da Bayden administrasiyasına məktub göndərərək, Əlcəzairin Rusiyadan silah əldə etməsi ilə bağlı Amerikanın Düşmənləri ilə Sanksiyalar Yoluyla Mübarizə Aktı (CAATSA) çərçivəsində bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyi nəzərdən keçirməsini xahiş ediblər.
Beləliklə, Avropa Birliyini Azərbaycana görə bir-birinə qatan, həyasızlıq eləyən Fransa, Avropa Birliyindən Əlcəzair qapazı alıb. Düzdür, Azərbaycanın özü də Əlcəzairlə xoş münasibətlər qurur, bu ölkə ilə yaxınlaşmağa çalışır və arada düşmənlik filan yoxdur. Sadəcə olaraq, Fransanın indi çətin vəziyyətə düşməsi sevindiricidir. Ona konkret deyilir ki, Azərbaycanla əlaqələrimizi sırf ermənipərəst mövqeyindən hərəkət edərək qaşısan, biz də Əlcəzair kartı ilə oynayacağıq. Qısa və konkret.