
İranda elektrik və su böhranı
Pezeşkiyan xalqa müraciət etdi
Pezeşkiyan xalqa müraciət etdi
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
Türk əsilli siyasətçinin İran prezidenti olmasının faydaları
Azərbaycan-İran münasibətlərində yeni mərhələ
Pezeşkian: “Biz İranı azərbaycanlıların ikinci vətəni hesab edirik”
Nəhayət öz siyasi memimizi yaradırıq
Əksəriyyəti Güney Azərbaycandan olan iş adamları və valilərdən ibarət 120 nəfərli heyət olacaq
Fars-molla rejimindən ruporuna Qasım Süleymani xəbərdarlığı
Pezeşkianın terrorçuları cəzalandırmağa gücü çatacaqmı?
Su və elektrik böhranı vəziyyəti kritik hala çatdırıb
Xalqın seçdiyi prezident bir qrup mollanın təyin etdiyi şəxsin sözü ilə geri addım atır
İqtisadiyyat nazirinin vurulması, Zərifin istefasından sonra birjalar çöküb
Enerji böhranı dərinləşən İranda prezidenti dilə gəldi
Aprelin 28-də Məsud Pezeşkianın Azərbaycana ilk rəsmi səfəri başlayır.
Xoş gəlir.
Onun səfəröncəsi AzTV-yə eksklüziv müsahibə verməsi normaldır. Demək olar ki, bütün dövlət başçıları bu və ya digər ölkəyə rəsmi səfərləri ərəfəsində həmin ölkənin mediasına müsahibə verir. İlham Əliyev də Pekinə səfərdən öncə Çinin “Sinxua” agentliyinə, səfər zamanı isə CGTN telekanalına müsahibə vermişdi.
Məsud Pezeşkianın Azərbaycan türkcəsində şeir səsləndirməsi də çox yaxşıdır və hətta vacibdir.
Lakin Pezeşkian İran-Azərbaycan dostluğu haqda pafoslu bəyanatlar verməklə, “Biz İranı azərbaycanlıların ikinci Vətəni hesab edirik” kimi ilk baxışdan qulağa xoş gələn sözlərlə və birdəki, hamımızın çox sevdiyimiz ustad Şəhriyarın “Heydərbaba”sından bir-iki misra səsləndirməklə öz işini bitmiş hesab etməməlidir.
Əsas məsələ budur ki, İran Azərbaycana qarşı qeyri-konstruktiv, aqressiv münasibətini dəyişməli və dövlətimizi, millətimizi maraqlandıran bir sıra mühüm suallara aydınlıq gətirməlidir.
Molla rejimi artıq başa düşməlidir ki, dünyada və regionda yeni reallıqlar formalaşıb. Və bu yeni reallıqlar fonunda Azərbaycana qarşı qartımış, iylənmiş SEPAH zehniyyəti ilə siyasət yürütmək İranın özünə zərər verəcək.
Bir sözlə, mollalar Azərbaycanla münasibətləri normallaşdırmağa məhkumdurlar. Gözləyək görək Pezeşkian bu çətin missiyanın öhdəsindən gələ biləcəkmi.