vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BANK, BİRJA, SIĞORTA  
13:43 | 15 mart 2019 | Cümə Məqaləyə 2853 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nəzarət səlahiyyəti Mərkəzi Banka qayıdır...

... Rotşildlər isə Azərbaycana gəlir?

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Mərkəzi Bankın məlumatına görə Parisdə Mərkəzi Bankla “Rotshshild&Cie” Bankı arasında əməkdaşlıq razılaşması bağlanıb. Çox mühüm hadisədir. Məlum olduğu kimi, hazırda ABŞ-dakı siyasi gərginlik Rotşildlərlə Rokfellerlərin ənənəvi rəqabətinin zühurudur. Deyilənə görə bu iki yəhudi klanı dünya maliyyəsini idarə edir.

Sadəcə Rotşildlər antiqlobalist, Rokfellerlər isə qlobalistlərdir. Məsələn, Tramp Rotşildlərin, Hillari Klinton isə Rokfellerlərin adamıdır. Fransa prezidenti Makron da Rotşildlərin adamıdır. Ötən əsrin 80-ci illərində Fransada Rotşildlərin bankını ümumiyyətlə milliləşdirmişdirlər, hətta yaranan yeni bankların adında “Rotşild” sözünün istifadəsi belə qadağan idi. Amma hazırda Rotşildlər yenə həm ABŞ-da, həm də Fransada at oynadır. Belə çıxır ki, bizim maliyyə sistemi də onların təsiri altında olacaq.

Amma əsas bu deyil. Kiçik ölkəyik. Aydın məsələdir ki, qlobal sələmçi maliyyə sistemi çərçivəsində müstəqil ola bilmərik. Bizim üçün nə fərqi var: Rotşild, yoxsa Rokfeller. İndi Rotşildlər güclüdürsə, onlarla saziş bağlamaqda problem yoxdur. Olsun! Bu taktikanı bizə hələ ulu əcdadımız Cavanşir miras qoyub.

Əsas odur ki, bu sazişi yalnız Mərkəzi Bank bağlayıb. Maliyyə Bazarlarına Nəzarət Palatası orada iştirak etməyib. Halbuki, saziş 3 istiqaməti əhatə edir və, məsələn, onlardan birincisi budur: “Bank sektorunun cari vəziyyəti və sektora təsir edən əsas faktorlar qiymətləndiriləcək, aparıcı bankların biznes modelləri “scoring” metodologiyasına uyğun olaraq nəzərdən keçiriləcək, bank sektorunun maliyyə dayanıqlığının gücləndirilməsi və restrukturizasiya proseslərinin başa çatdırılması üçün zəruri olan tədbirlər üzrə tövsiyələr hazırlanacaq”.

Bu, açıq-aşkar bank tənzimlənməsi və bank nəzarətinə aid olan məsələdir. Pul siyasətinə qətiyyən aidiyyəti yoxdur. Başqa sözlə, Mərkəzi Banka deyil, Palataya aid olan məsələdir. Buna baxmayaraq, sazişi Mərkəzi Bank bağlayıb.

Məlum olduğu kimi, Palata özünü doğrultmadı və maliyyə sistemimizin vəziyyətini daha da ağırlaşdırdı. Buna görə də istisna deyil ki, Palata ümumiyyətlə ləğv olunacaq və vahid maliyyə qurumu yaradılacaq. Hətta ola bilər ki, Neft Fondu da həmin quruma qatılsın. Ləğv oluna bilməyən yeganə qurum Mərkəzi Bankdır (yalnız ona görə yox ki, Konstitusiyamızda nəzərdə tutulan qurumdur, həm də ona görə ki, qlobal maliyyə sisteminin tərkib hissəsidir). Buna görə də vahid maliyyə qurumu məhz Mərkəzi Bank ola bilər. Bu baxımdan Rotşildlərlə sazişi yalnız Mərkəzi Bankın bağlaması təsadüfi olmaya bilər. Başqa məsələ ki, böyük ehtimalla yəqin ki, yenilənmiş Mərkəzi Banka artıq Elman Rüstəmov rəhbərlik etməyəcək (1 il sonra səlahiyyət müddəti də bitir). Belə olsa, bir neçə il sonra yeni manatlarda artıq onun imzası olmayacaq. Amma Rotşildlərlə sazişdə əbədi olaraq onun imzası qalacaq. Təki ölkəmizə xeyirli olsun...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)