
Nəzarət səlahiyyəti Mərkəzi Banka qayıdır...
... Rotşildlər isə Azərbaycana gəlir?
... Rotşildlər isə Azərbaycana gəlir?
Vüqar Bayramov: «Bankların sayının azalması gündəmdədir»
Devalvasiya olacaqmı?
Yerinə kim gələcək?
Müflis bank artıq bank deyil, deməli, bank sirri rejimi də yoxdur!
Prezidentin iki dəfə verdiyi tapşırığı yerinə yetirməyən, dövlətin nüfuzuna xələl vuran kimdir?
«Bloomberg»: «Manatın təzədən özünə gəlmək şansı var, amma... »
Banklar dolları 1.70 manatdan alır
«Əhaliyə əziyyət verib, pul qazanırlar»
Ölkədə maliyyə xaosu yaradıb milyonları talayanlar kimlərdir?
Ekspert «dollar kreditlərini» «ümidsiz kredit» adlandırdı
«Buta»dakı toy niyə təxirə salındı?
ARDNF-dən Mərkəzi Banka ayrılacaq 7,5 milyardı manat və...
Liberal üzən məzənnəyə keçiləcəkmi və 7.5 milyard məzənnəyə təsir edəcəkmi?
İqtisadçılar problemin bir müddət də davam edəcəyi qənaətindədirlər
«2018-ci ilə də builki problemlərlə girsək, ...»
Ötən gün Mərkəzi Bankın rəhbəri Taleh Kazımovun ekspertlərlə görüşündə öyrəndik ki, nəhayət, Vençur maliyyələşmə haqqında qanun layihəsi tam hazırlanıb və hökumətə təqdim olunub.
Bu xəbəri eşidəndə, ilk ağıla gələn – təxminən 10 ildir bu qanunun müxtəlif versiyalarının hazırlanıb, sonra da “haradasa ilişməsi” oldu. İllərdir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), İqtisadiyyat Nazirliyi (İN), ASAN, KOBİA ayrı-ayrılıqda layihələr hazırladılar, lakin heç biri razılaşma mərhələsindən keçə bilmədi.
Bəlkə də mövcud mənasız qısqanclıqlar, səlahiyyət iddiaları da bu prosesin irəliləməsinə imkan vermədi.
Halbuki bu, sadəcə 7-10 maddəlik bir qanundur.
Həmin boşluq ucbatından startap ekosistemi investisiyadan məhrum qaldı, yeganə yaradılan dövlət Fondu – “Caucasus Ventures” – bir müddət fəaliyyətini qura bilmədi, sonra da qapalı fəaliyyətə üstünlük verdi.
11 milyonluq büdcəsi olsa da, cəmi 1.5 milyon dollarlıq yatırım edə bildi. Onun da çoxu xarici qeydiyyatlı startaplara getdiyindən, Mərkəzi Bank fondun valyuta əməliyyatlarının qanuna uyğun olmadığını bildridi.
Gürcüstanda 25 milyon, Ermənistanda 124 milyon, Qazaxıstanda 80, Özbəkistanda 70 milyon dollar vençur yatırımı olan bir vaxtda, bizim hesabatlılığı və şəffaflığı yetərli olmayan “yetim fond”muzun da hesabları bloklandı.
Amma görünür, bu dəfə məsələ ciddidir. Mərkəzi Bank təşəbbüsü üzərinə götürüb və qanun layihəsi artıq razılaşdırma mərhələsindədir.
Güman ki, bu prosesə illər əvvəl Mərkəzi Bank cəlb olunsaydı, yəqin ki, bu qanun çoxdan qüvvəyə minmişdi.
Ümid edirik ki, bu dəfə sənəd yenə hansısa “amma”ya ilişməyəcək, razılaşdırmalar uzanmayacaq və ilin sonunadək ölkəmiz ilk Vençur Qanununa sahib olacaq.