vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
11:52 | 2 iyul 2018 | Bazar ertəsi Məqaləyə 3613 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Beynəlxalq Bank məhkəməni uduzdu

Dollar əmanətləri üzrə faiz dərəcəsinin birtərəfli qaydada endirilməsi qanunsuz hesab olundu

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən ilin dekabr ayından başlayaraq bu mövzu barədə dəfələrlə yazmışam. İşin qısa mahiyyəti belədir. Ötən ilin sonunda Azərbaycan Beynəlxalq Bankı müddətli dollar əmanətləri üzrə faiz dərəcəsini birtərəfli qaydada 2 faizə endirmişdi. Bunu şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, o cümlədən devalvasiya və maliyyə vəziyyətinin pisləşməsi ilə əsaslandırmağa çalışırdı. Gözdən pərdə asmaq üçün Bank hətta Prezidentin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” 15 iyul 2015-ci il tarixli Fərmanına da istinad edirdi. Guya Prezidentin göstərişini yerinə yetirir. Halbuki, əslində sadəcə dövlət başçısının adından sui-istifadə edirdi və Fərmanda belə bir şey yoxdur.

Mən elə o zaman Bankın bu hərəkətini qanunsuz (cığallıq) hesab etdim və əmanətçilərə məhkəməyə müraciət etməyi tövsiyə etdim. Çünki Bankın heç bir halda məhkəmədənkənar qaydada müqavilə şərtini dəyişməyə hüququ yoxdur. O da ola fiziki şəxslə bağlanmış əmanət müqaviləsi üzrə faiz dərəcəsini: Mülki Məcəllənin 948.3-cü maddəsi bunu birbaşa qadağan edir. Maliyyə vəziyyətinin pisləşməsi haqda arqument də tam cəfəngiyatdır: dövlətin yardımı nəticəsində Bank ötən ili 806 milyon manat məbləğində xalis mənfəətlə başa vurub.

Minlərlə əmanətçidən (xarici vətəndaşlar daxil olmaqla) yalnız 3 (???) nəfər məsləhətimlə məhkəməyə iddia ilə müraciət etdi. Bunun özü də bir göstəricidir: bank və məhkəmə sistemlərinə etimad etməyən əmanətçilər mübarizənin əbəs olduğunu zənn etdi və sadəcə pullarını geri çəkdi (nəticədə bank sistemi itirdi!). Bu ilin mart ayında Nəsimi rayon məhkəməsi bu şübhələri təsdiq etdi: iddialarımız rədd edildi. Həmin məhkəmədə proseslərin özü belə, etirazımıza baxmayaraq, qapalı keçirildi (guya hansısa sirr açılmalı idi, amma açılmadı!). İclasın qapalı olmasından sui-istifadə edən Bankın nümayəndəsi işin mahiyyətindən deyil, daha çox mənim fəaliyyətimdən danışırdı: məni az qala bank sisteminin düşməni kimi göstərməyə çalışırdı. Mən isə cavabımda o cümlədən deyirdim ki, əksinə, məhz Bankın əməli bank sisteminə etimadı sarsıdır, mən isə onu bərpa etməyə çalışıram.

Hər üç qətnamədən apelyasiya şikayəti verdik. 29 iyun tarixdə Bakı Apellyasiya Məhkəməsi hakim Məmməd Məmmədovun sədrliyi ilə ilk apelyasiya şikayətimizi təmin edərək Beynəlxalq Bankın əməlini qanunsuz hesab etdi. Bununla da ədalət bərpa olundu: bank fiziki şəxslə bağladığı əmanət müqaviləsi üzrə faiz dərəcəsini birtərəfli qaydada endirə bilməz!

Bank sisteminə etimadın bərpası üçün əhəmiyyətli olan bu qərar həmçinin onu göstərdi ki, hər kəs həmişə haqqını tələb etməlidir. Haqqını tapdalayanın kimliyindən asılı olmayaraq. Ay nə bilim, bankları məhkəmədə udmaq olmur, Beynəlxalq Bank dövlət bankıdır, ona baş qoşmağa dəyməz və s. və i.a. Biz bir daha sübut etdik ki, bu, belə deyil! Qanun, uğrunda mübarizə aparan varsa, bu Hüquqdur!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)