vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MƏHKƏMƏ, İSTİNTAQ  
23:47 | 20 dekabr 2017 | Çərşənbə Məqaləyə 4892 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vərəsəlik hüququ alt-üst oldu

Ölkədə hüquq elminin olmaması qanunvericiliyin bərbad səviyyədə olmasının əsas səbəbidir!

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Cinayət-Prosessual Məcəlləyə xeyli dəyişiklik edilib. Onlardan biri də budur. Ölmüş zərər çəkmiş şəxsin qohumları olmadıqda onun hüquqları cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında müvafiq ərazi üzrə fəaliyyət göstərən vəkil qurumunun rəhbərinin təyin etdiyi və zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınan vəkil tərəfindən dövlət büdcəsi hesabına həyata keçiriləcək (87.2-ci, 106.1-ci və 194.1-1-ci maddələrə edilmiş dəyişikliklərə əsasən). Yəni tutaq ki, qəsdən adam öldürmə hadisəsi baş verib. Öldürülənin də qohumu yoxdur və ya onlar onun hüquqlarını həyata keçirmək istəmir. Bu halda ölənin hüquqlarını yerli hüquq məsləhətxanasının təyin etdiyi vəkil həyata keçirəcək. Özü də həmin vəkil ölənin hüquqi varisi hesab ediləcək.

Bu absurddur! Ümumiyyətlə, Cinayət-Prosessual Məcəllə indiyədək də terminologiya baxımdan qüsurlu idi, amma dözülən idi. Belə ki, Mülki Məcəlləyə əsasən ölənin vərəsələri olur, hüquqi varisləri yox. Mülki Məcəllənin 1165-ci maddəsinə əsasən qohumları sırasından vərəsəsi olmayan şəxsin əmlakı (yəni həmçinin tələb hüquqları) dövlətə keçir (1266-cı maddəyə əsasən dövlət bundan imtina edə bilməz). Dövləti bu halda Əmlak Məsələləri Dövlət Komitəsi təmsil etməlidir. Deməli, cinayət prosesində də bu halda ölmüş zərər çəkmiş şəxsi Əmlak Məsələləri Dövlət Komitəsi təmsil etməlidir. Komitə də özünə təbii ki, vəkil tuta bilər, amma bu daha hansısa vəkilin məcburi təyinatı olmamalıdır! Yəni dövlət öz vəzifələrini qeyri-dövlət təsisatı olan vəkil qurumunun üzərinə atmamalıdır.

Ümumiyyətlə, axı vəkil necə ona yad olan şəxsin hüquqi varisi ola bilər, özü də məcburi qaydada? Tutaq ki, oldu və qatilə qarşı maddi tələblər irəli sürdü, tələb təmin olundu, əldə edilən vəsaiti vəkil cibinə qoymalıdır? Məntiqlə məhz belə olmalıdır – axı hüquqi varisdir! Deməli, vəkil həmçinin ölənin öhdəliklərinə görə də cavabdeh olmalıdır, çünki hüquqi varisdir! Absurd nəticədir!

Demişəm və deyirəm: milli qanunvericiliyimiz bərbad gündədir! Ay nə bilim, qanunlarımız yaxşıdır, icrası pisdir və s. – boş söhbətlərdir! Əsas problem elə qanunvericiliyimizdir. Normal hüquq elmi olmayan şəraitdə başqa cür ola da bilməzdi. Müdafiə edilən elmi dissertasiyaların mütləq əksəriyyəti «fiktivni»dir. Elmi monoqrafiyalar yoxdur. Elmi diskussiyalar yoxdur. Hüquq təhsili demək olar ki, yoxdur: elementar dərsliklər belə yoxdur! Ona görə də qanunvericilik xaotik şəkildə inkişaf edir. Kim nə istəyir yazır, təklif edir, o da qanuna çevrilir! Məmurların əksəriyyəti hesab edir ki, hüquq elm deyil, istədiyini qanunlara yazırsan, bu da olur hüquq! Buna görə də, bir qayda olaraq, qanun layihələrinin ictimai müzakirələri də aparılmır. Nəticəsi də budur: biabırçı qanunlar! Keçmiş SSRİ məkanında absurd qanunvericilik baxımdan birinci yeri tuturuq!

Nə etməli? Təcili olaraq müstəqil qanunvericilik institutu (agentliyi, mərkəzi və s. – adın fərqi yoxdur) yaradılmalı və normayaradıcılıq fəaliyyətinin koordinasiyası ona həvalə edilməlidir!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)