
Türk iş adamı 7 bankı ələ keçirdi
Aralarında erməninin də olduğu ortaqlara “dələduzluq” və “çirkli pulların yuyulması” maddəsilə cinayət işi açılıb
Aralarında erməninin də olduğu ortaqlara “dələduzluq” və “çirkli pulların yuyulması” maddəsilə cinayət işi açılıb
“BofA” türk bankları üçün hədəf qiymətləri endirdi
Kredit bazarı üçün qorxulu siqnal deyil
DBS bankı texnologiya üçün əlavə 1000 yeni vəzifə təsis edəcək
İsveç uçot dərəcəsini son 14 ilin maksimumuna qaldırdı, Türkiyə isə əksinə
Kreditə üz tutanların sayı artıb
Nə bazar payına, nə də aktivlərin həcminə görə ...
Bağlanmış banklarda dollar kreditləri üzrə prezidentin fərmanı niyə icra olunmur?
Dərəcələrin artmasını şərtləndirən xərc, risk və digər mənfi amillər ...
Borclu sahibkarları tutduran, hədə ilə daşınmaz əmlaklarını əllərindən dəyər-dəyməzə alan bank qanunu pozaraq rəqəmlərini şişirdir
MBNP-da iclas başladı
“İkinci yerdə banklardır”
Fondun və Maliyyə Bazarlarına Nəzarət Palatasının savadsızlığı və ziyankarlığı davamı edir
Uzadılma ehtimalı getdikcə azalır, əmanətçilər başlarına çarə qılır
Milyon manatlıq mebel, ipək xalçalar, gizli kassalar və daha nələr ...
... Yaxud sən niyə gəlmişdin, Rüfət Aslanlı və niyə getdin?
Məlum olduğu kimi, Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifi ilə bir sıra qanuna edilən dəyişikliklər artıq dərc edilib və qüvvəyə minib. Bu dəyişikliklərin mahiyyəti bir tərəfə (yaxında bu barədə yazacağam), hazırlanma səviyyəsinin özü çox aşağıdır. Belə ki, məsələn, ölkənin əsas iqtisadi qanunu olan Mülki Məcəlləyə 2 dəyişiklik edilib və hər ikisi də müəlliflərinin hüquqi bisavadlığından xəbər verir (hüquq fakültəsinin II kurs tələbəsinin bilməli olduğunu bilmirlər!). Və bu nadan dəyişikliklər mülki dövriyyə üçün ciddi problemlər yaradacaq. Mülki Məcəlləmiz onsuz da bərbad gündədir, sadəcə Palata əlavə problemlər də yaratdı.
1. Məcəllədə «Tələbin güzəşti» adlı 194-cü maddə var. Mahiyyəti ondan ibarətdir ki, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər, bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Yəni, məsələn, Əlinin Vəliyə, Vəlinin də Pirvəliyə 100 manat borcu var. Buna görə də Vəli Pirvəli ilə razılığa gəlir ki, Əli Vəliyə olan borcunu Pirvəliyə ödəyəcək. Yəni Vəli Əliyə qarşı olan tələbini Pirvəliyə güzəşt edir. Əlinin buna razılığı tələb olunmur, sadəcə bu barədə məlumatlandırılır.
Palatanın təklifi ilə həmin maddəyə aşağıdakı cümlə əlavə edilib: «Bu halda «Banklar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur». Əslində, bu əlavəyə heç bir ehtiyac yox idi. Bu, onsuz da ehtiva olunur, çünki borclunun, bir qayda olaraq, ona qarşı olan tələbin güzəştinə razılığı tələb olunmur. Amma edilmiş dəyişiklik nəticəsində indi belə çıxır ki, tələb sahibi ilə borclu arasındakı müqaviləyə dəyişiklik yalnız bank münasibətləri üzrə tələb olunmur, başqa hallarda isə tələb olunur. Yəni bundan sonra Vəli Pirvəliyə tələbi yalnız bu şərtlə güzəşt edə bilər ki, Əli ilə arasında olan müqaviləyə dəyişiklik edilsin (deməli, Əlinin həmişə razılığı tələb olunur!). Başqa sözlə, mülki hüququn vacib institutlarından biri yalnız bank sistemində normal işləyəcək, qalan hallarda isə faktiki işləməyəcək. Sadəcə mülki dövriyyəni ağırlaşdırdılar, vəssalam!
2. Məcəllədə «Öhdəliyin üçüncü şəxs tərəfindən icrası» adlı 431-ci maddə var. Mahiyyəti ondan ibarətdir ki, öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Yəni, məsələn, Əlinin Vəliyə 100 manat borcu var və həmin borcu Vəliyə Pirvəli ödəyir (Əlinin razılığı olmadan).
Palatanın təklifi ilə həmin maddəyə aşağıdakı cümlə əlavə edilib: «Bu halda «Banklar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur». Əslində, bu əlavəyə heç bir ehtiyac yox idi. Bu, onsuz da ehtiva olunur, çünki borclunun öhdəliyinin üçüncü şəxs tərəfindən icrasına razılığı tələb olunmur. Amma edilmiş dəyişiklik nəticəsində indi belə çıxır ki, kreditorla borclu arasındakı müqaviləyə dəyişiklik yalnız bank münasibətləri üzrə tələb olunmur, başqa hallarda isə tələb olunur. Yəni bundan sonra Pirvəli Əlinin borcunu Vəliyə yalnız o halda ödəyə bilər ki, Vəli ilə Əli ilə arasında olan müqaviləyə dəyişiklik edilsin (deməli, Əlinin həmişə razılığı tələb olunur!). Başqa sözlə, mülki hüququn vacib institutlarından biri yalnız bank sistemində normal işləyəcək, qalan hallarda isə faktiki işləməyəcək. Sadəcə mülki dövriyyəni ağırlaşdırdılar, vəssalam!
P.S. Dəyişikliklər mövzusunu davam edəcəyəm...