vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
DİGƏR NÖVLƏR  
00:55 | 13 noyabr 2022 | Bazar Məqaləyə 854 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aqressiv yarış üçün yumşaq təkər

Alonsonun özünə yaraşmayan səhvi

Rauf HACIYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu həftə artıq Braziliyada ikinci ilki görürük. Əvvəlcə, Maqnussen ilk poulunu aldı, indi də Rassell sprint də olsa, ilk yarışını qazandı. Amma Verstappen yarışa “Soft” təkərlə başlasa, bu mümkün olmayacaqdı. Yarışa üçüncü yerdən başlayacaq. Böyük ehtimalla bir problem yaşamasa, iki “Mercedes”i də keçib qazanar.

Amma Maks niyə “Medium”la başladı? Yəqin ki, sabahkı yarışa “Soft” saxladı. Daha aqressiv strategiya üçün. 

Startda Alonso özünə yaraşmayan səhv elədi və bu da “Alpine”nin geriyə düşməsinə səbəb oldu. Ara yerdə Maklaren onlarla 2 xal fərq bağladı. Sabah “Alpine”i çox çətin yarış gözləyir. 

Lyuis Hamilton start prosedurunu pozub. Start prosedurunu pozmaq yarış vaxtı 5 saniyə cərimədir. Amma burada yəqin 3 yer cəza verilər. 

Bu arada Karlos Saynsın Verstappenə hücumu əfsanə idi. Verstappenlə kim belə davranıb? Kim belə hücum edə bilib?