vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
21:26 | 8 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 1967 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ermənistan forpostdur»

«Sizdən soruşmaq istərdim ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan faktiki olaraq müstəqilliyini itirərək kənardan idarə olunan bir forposta çevrilib. Bu sözləri Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muiznieksə AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Ermənistanda insan hüquqları ilə bağlı sual verərkən deyib.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ikinci iş günündə AŞ-nin insan hüquqları üzrə komissarı N.Muiznieks 2013-cü il üzrə fəaliyyət hesabatını təqdim etdikdən sonra Assambleya üzvlərinin suallarını cavablandırıb.

Komissara Azərbaycan nümayəndə heyətinin üzvü R.Hüseynov da sual verib.

Millət vəkili sualında bildirib: «Bir dövlətin başqa bir dövlətin ərazilərini zəbt etməsi pis hadisədir. Amma bu cür işğalçı təbiətli bir dövlətin həm də öz xalqını işğal etməsi ikiqat dəhşətlidir. Ermənistan dövləti son 20 ildən artıq müddətdə yalnız Azərbaycana qarşı deyil, həm də öz xalqının əleyhinə təcavüz siyasəti aparır. Nəticə də ondan ibarətdir ki, Ermənistan faktiki olaraq müstəqilliyini itirərək kənardan idarə olunan bir forposta çevrilib. Beynəlxalq təşkilatlardan illərdən bəri real kömək görə bilməyən Azərbaycan öz problemini özü həll edəcəkdir və bunun üçün artıq kifayət qədər imkanları vardır. 

Lakin məni narahat edən köhnə qonşumuz, öz dövlətinin apardığı cinayətkar siyasətin girovuna çevrilmiş erməni xalqının çətin taleyidir. Sizdən soruşmaq istərdim - ölkəni mafiya qaydaları ilə idarə edənlər tərəfindən müstəqil olmaq haqqı əlindən alınan yüz minlərlə Ermənistan vətəndaşının hüquqlarını qorumaq üçün hansı konkret addımlar atılmasını mümkün hesab edirsiniz?»

N.Muiznieks cavabında qeyd edib ki, Ermənistana səfəri planlaşdırılır və bu səfər çərçivəsində insan haqları ilə bağlı böyük problemlər dairəsini təfərrüatlı şəkildə araşdırmaq niyyətindədir.Komissarın qənaətincə, üzv ölkələrin hər biri Avropa Şurasının təqdir etdiyi dəyərlərə sadiq olmalı və onları ardıcıl şəkildə həyata keçirməlidir.